Sputnik/Mikhail Klimentyev/Kremlin via Reuters

Sputnik/Mikhail Klimentyev/Kremlin via Reuters

Putin müharibə aparan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunda çıxış etdikdən və noyabrın 9-da müharibənin başa çatmasına nail olduqdan, Qarabağa qoşun yeritdikdən sonra hər iki düşmən tərəfin ictimaiyyətinin əksər hissəsində yeni nizamlanma formatının formalaşması və ATƏT-in Minsk Qrupunun vəziyyətə nəzarəti itirməsi haqqında rəy yaranıb.

Putin bu mühüm geosiyasi məsələyə özü aydınlıq gətirib, qeyd edib ki, Rusiya bütün addımlarında ATƏT-in Minsk Qrupunun əldə etdiyi əsas nailiyyətlərə riayət etməyə çalışıb. Onun sözlərinə görə, Rusiya tərəfi öz addımlarını tərəfdaşları və Minsk Qrupunun həmsədrləri ilə uyğunlaşdırmağa davam edir.

Putinin dedikləri əsassız deyildi. O, görüş ərəfəsində danışıqların gündəliyini MQ-nin üç həmsədrindən biri olan Fransa prezidenti ilə müzakirə edib, həmsədrlərin, o cümlədən hələlik Vaşinqtonda növbəti administrasiyanın formalaşdırılması ilə məşğul olan ABŞ-ın taktiki və orta-strateji addımlarını razılaşdırıb.

Həmsədrlərin dekabrın ortalarında regiona səfərinin nəticələrə əsasən, fevralda bu danışıqlar başlaya bilər. Onların gəldiyi nəticələr ondan ibarət idi ki, yeni reallıqlara əsaslanaraq, prosesi yaxın günlərdə davam etdirmək lazımdır.

Bu görüşün yekun bəyanatında bəhs edilən nəqliyyat kommunikasiyalarının və sərhədlərin açılması məsələlərini xalqların sülhə hazırlanmasına yönəlmiş addımlar kimi qiymətləndirmək olar, çünki nəqliyyat kommunikasiyalarının açılması etimadın və işgüzar mühitin bərqərar edilməsinin mühüm elementidir. Amma yolların açılması layihələrinin işlənib hazırlanması üçün üç ölkənin hökumətlərinə ay yarım vaxt verilib. Bu müddət ərzində tərəflər Azərbaycan üçün həddindən artıq maraq kəsb edən daha bir mühüm məsələni – Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması məsələsini həll etməli olacaqlar.

Paşinyan hərbi əsirlərin azad edilməsi məsələsini həll etməyə müvəffəq olmamasından gileylənib. Söhbət müharibənin rəsmi olaraq başa çatmasından sonra Qarabağa keçmiş Ermənistan hərbiçilərindən ibarət böyük qrupdan gedir. 9 noyabr tarixli Bəyanata əsasən, tərəflər bütün hərbi əsirləri azad etmək öhdəliyi götürüblər və azad ediblər. Amma sonradan Azərbaycan ərazisinə keçənlər hərbi əsir statusuna düşmürlər, belə ki, qanunun geriyə təsiri yoxdur və buna görə onlar Bəyanata əsasən azad edilməli olan əsirlərə aid deyillər.

Əliyev son vaxtlar Ermənistandan hərbiçilərin Qarabağa gəlməsinin qarşısını almayan sülhməramlıların addımlarından narazılığını bildirirdi. Buna görə o, Yerevanın bu təcrübəyə son qoyulacağı barədə təminatına nail olmağa çalışır. Xoşbəxtlikdən, Ermənistanda onun müttəfiqləri ortaya çıxıb. Dünən Ermənistanda hərbi qulluqçuların valideynləri övladlarını Qarabağa göndərməmək tələbi ilə hərbi komissarlıqlara hücum ediblər. Çox güman ki, bu məsələ baş nazir müavinlərinin kommunikasiyaların açılması üzrə fəaliyyət planını təqdim edəcəkləri 1 marta qədər həll ediləcək. Artıq Ermənistan və Azərbaycan xüsusi xidmət rəhbərlərinin hərbi əsirlərlə bağlı danışıqlarının iki mərhələsi keçirilib.  Moskva görüşündən sonra hərbi əsirlərin taleyi və Ermənistan SQ-nin Qarabağdan tamamilə çıxarılması məsələləri Putin, Əliyev və Paşinyanın Kremldə yumurtavari masanın arxasında danışıqlar aparmasından əvvələ nisbətən daha müsbət şəkildə həll edilə bilər.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti