Munich security conference, February 16, AZERTAC
Özüllər Zavodunda “Abşeron” dəniz yatağının bünövrəsinin atılmasımərasimindən sonra Azərbaycanın hökumətyönlü telekanallarına müsahibəsində Əliyev hədələyici tərzdə Azərbaycanın Qarabağ üzərində yurisdiksiyasını bərpa edəcəyini və faktiki olaraq Nikol Paşinyan hökuməti ilə danışıqlar aparmaqdan imtina etdiyini bildirib.
Ötən ilin sonlarından başlayaraq Paşinyan öz əməlləri ilə Əliyevi diplomatik müharibə yoluna çəkmək üçün bir çox bəhanədən istifadə edib, bu, bu ilin iyulunda Tovuz rayonunda sərhəddə olduğu kimi, bəzən real döyüş əməliyyatlarına qədər gedib çatıb.
Tovuz döyüşlərinin təşəbbüskarı, xarici işlər naziri Sergey Lavrovun etiraf etdiyinə görə, Ermənistan tərəfi olub. Və biz Paşinyanın digər təhrikedici addımlarını nəzərə alaraq, onun addımlarının danışıqlar prosesinin pozulması məqsədilə planlaşdırılmış xarakter daşıdığını deyə bilərik.
Əliyev öz müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində bir neçə belə destruktiv addımı qeyd edib: erməni separatçılarının liderinin inauqurasiyasının nümayişkaranə şəkildə Qarabağ xanlığının keçmiş paytaxtı olan Şuşada keçirilməsi, işğal edilmiş ərazilərə nümayişkaranə şəkildə Livan və ya Suriya ermənilərinin yerləşdirilməsi, hələ 1923-cü ildə tamamilə ölmüş Türkiyə ərazilərində erməni dövləti yaradılmasını nəzərdə tutan Sevr müqaviləsini canlandırmaq cəhdləri və s..
Biz münaqişə tərəflərindən birinin birtərəfli qeyri-məhsuldar davranışı haqqında danışmaqdan uzağıq. Fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Əliyev-Paşinyan arasında açıq müzakirələr göstərib ki, Azərbaycan prezidenti məsələnin tarixi nöqteyi-nəzərindən yaxşı hazırlaşmışdı, Ermənistan tərəfinə regionda tarixi mövcudluğu hüququ ilə bağlı kiçik bir şans belə vermədi.
Ümumiyyətlə, tərəflərin danışıqlar prosesini batıran tarixi və digər aspektlərə aludə olublar, bununla da ATƏT-in Minsk Qrupu həmsədrlərinin onları dəvət etdikləri predmetli (substantiv) danışıqlara hazır olmadıqlarını göstərirlər.
Sentyabrın 14-də MQ həmsədrləri Parisdə intensiv məsləhətləşmələr aparıblar. Onlar ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla telefonla danışıblar və nazirləri yaxın həftələrdə ilkin şərtlər olmadan ciddi predmetli danışıqların bərpa edilməsi üçün mövqelərini dəqiqləşdirmək məqsədilə şəxsən görüşməyə dəvət ediblər.
Ermənistanın müstəqillik günündən istifadə edən ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 21-də Ermənistan xalqına təbrikində Qarabağ münaqişəsinin tərəflərini nizamlanma üzrə substantiv danışıqları bərpa etməyə çağırıb.
Amma yaxın gələcəkdə aşağıdakı səbəblərdən bu cür danışıqların bərpası ehtimalı çox azdır:
1. Ermənistan və Azərbaycan dövlət başçılarının belə bir dialoq aparmağa hazır olmaması
2. Tərəflərə müraciətində danışıqların bərpası üçün mövqelərini dəqiqləşdirmələri və s. məqsədilə tərəflərə düşünmək üçün bir neçə həftə verən həmsədrlərin özlərinin buna hazır olmaması.
Azərbaycan-Türkiyə və Ermənistan-Rusiya əməkdaşlığının nümayişkaranə şəkildə güclənməsini də buraya aid etmək olar. Bu əməkdaşlıq tərəflərin Minsk Qrupunun danışıqlar masası arxasında tərəflərin mövqelərinin daha da ziddiyyətli olmasına və diplomatik mövqelərin hərbi mövqelərlə əvəz olunmasına səbəb ola bilər, bu da qaçılmaz olaraq regionda müharibə dilini gücləndirir.
Tovuz hadisələrindən sonra paralel olaraq Azərbayan-Türkiyə və Ermənistan-Rusiya hörbi təlimləri keçirilib, onların hər biri ehtimal olunan düşmənin məhv edilməsini nəzərdə tuturdu. Bu, münaqişənin idarə olunan hərbi komponentinin təlim formatından lokal müharibə formatına keçə biləcəyini və sülhə məcbur etmə variantlarından birinə çevrilə biləcəyini nəzərdə tuturdu. Bunun ardınca xalqlar sülhə dəvət edilə bilər, bunun layihəsi iki il əvvəl uğursuz şəkildə işə salınıb. Hibrid variantlar istisna deyil və bütün dünyada bir çox münaqişələrdə bu variantlardan istifadə olunub, Qarabağ münaqişəsi özü də dəfələrlə belə variasiya nümayiş etdirib.
Odur ki, bu mənada Paşinyan-Əliyev ritorikası və Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya hərbi ittifaqları bunun üçün zəruri zəmini hazırlayır.
Rəy yaz