Türkiyə yeni “Türk axını” və TANAP qaz kəmərlərini həm özü, həm də Avropa üçün mühüm hesab edir
Qeyd edək ki, bu layihə sayəsində Avropa ilk dəfə olaraq Rusiya qazına Türkiyə ərazisilə çıxış əldə edəcək ki, bu da mühüm enerji xabı kimi sonuncunun mövqeyini gücləndirəcək.
2020-ci ilin sonunda Cənubi Avropa da Türkiyə vasitəsilə “Cənub” qaz dəhlizi (CQD) ilə Azərbaycan qazını almağa başlayacaq, onun Türkiyə hissəsi TANAP 2019-cu ilin sonunda tam istismara verilib.
“Türkiyə həm özünün enerji təhlükəsizliyinə, həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş böyük layihələrin həyata keçirildiyi mərkəzə çevrilir ... Qoy, Aralıq dənizi ölkələri də (İsrail, Kipr) bu barədə düşünsünlər. Türkiyə onlar üçün “Türk axını” və TANAP-a qapı açır. Bu boru kəmərlərinin böyük potensialı var. “TurkStream”in gücü ildə 31,5 mlrd. kubmetrdir, TANAP-ın gücü inşallah gələcəkdə illik 16 mlrd. kubmetrdən 24 mlrd. kubmetrə, sonra isə 31 mlrd. kubmetrə qədər artacaq. RF və qardaş Azərbaycan kimi yol yoldaşları ilə qaz kəmərlərinin inkişaf yolu uğurludur”, - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TürkStream" in açılış mərasimində deyib.
Onun rusiyalı həmkarı Vladimir Putin 2019-cu ilin sonunda ABŞ-ın sanksiyalar tətbiq etməklə qarşısını almağa çalışdığı bu layihənin həyata keçirilməsində Türkiyə rəhbərliyinin siyasi iradəsinin vacibliyini qeyd edib.
Ötən ilin sonunda Amerika- Türkiyə və Amerika-Rusiya münasibətlərinin pisləşməsi “Türk axını”nı dayandıra bilmədi. Belə ki, sanksiyaların tətbiq edildiyi vaxt artıq qaz kəməri faktiki olaraq inşa edilmişdi və qazla doldurulmuşdu.
“Türk axını” gücü ildə 15,75 mlrd. kubmetr qaz olan iki xəttdən ibarətdir, Krasnodar diyarından Qara dənizə, sonra isə Qara dəniz vasitəsilə Türkiyədə İstanbulun yaxınlığındakı Kıyıköy məntəqəsinə qədər uzanır.
Birinci xətt Rusiya qazının Türkiyə istehlakçılarına (Türkiyənin Botaş şirkəti tərəfindən inşa edilib və onun qaz paylama sistemi ilə əlaqəlidir), ikinci Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qaz ilə təchizatı üçün nəzərdə tutulub (1 yanvar 2020-ci ildən onunla Bolqarıstana qaz daxil olmağa başladı, yanvarın 5-dən isə Türkiyə-Bolqarıstan sərhəddində yeni “Stranca-2” kompressor stansiyası vasitəsilə qaz Şimali Makedoniya Respublikasına və Yunanıstana göndərilməyə başladı). Boru kəmərinin operatoru - Rusiya “Qazprom”u “Türk axını”nın bu qolu üçün digər potensial bazarlar qismində İtaliya, Serbiya və Macarıstanı nəzərdən keçirir.
Qeyd edək ki, 2003-cü ildən Türkiyə Qara dəniz vasitəsilə Samsun şəhərinə çəkilən gücü ildə 16 mlrd. kubmetr olan 1213 kilometr uzunluqda “Mavi axın” boru kəməri ilə RF-dan qaz alır.
Bundan 30 il öncə Türkiyə “Transbalkan qaz kəməri”ndən müəyyən həcmdə Rusiya qazını alıb, ancaq 2020-ci ilin yanvarında işə salınan “Türk axını” faktiki olaraq onun üçün bu köhnə qaz kəmərini əvəzləyir.
Türkiyənin qaza olan tələbatı ildə 50 mlrd. kubmetrə yaxındır və demək olar ki, bunun yarısını RF verir, əsasən Qərbi Sibirdəki yataqlar hesabına.
Rusiya qazının nəql edildiyi 30 ildən artıq müddətdə Türkiyə ümumilikdə “Qazprom”dan 450 mlrd. kubmetr “mavi yanacaq” alıb.
Türkiyə üçün həcminə görə ikinci qaz tədarükçüsü ənənəvi olaraq İran olub. Lakin 2018-ci ilin yayında TANAP-ın birinci mərhələsinin işə salınması ilə Azərbaycan bu cür təchizatla bağlı öz qonşusunu “sıxışdırmağa” başlayır və Azərbaycan və Türkiyə nümayəndələrinin fikrincə, yaxın illərdə təchizatçı kimi RF-dan sonra ikinci fəxri yeri tuta bilər. Belə ki, 2019-cu ilin yekunlarına görə, Azərbaycan qazının Türkiyəyə nəqli 2018-ci ilə nisbətən 27,3% artıb.
“Türkiyə qaz alışında çevikliyə can atır. TANAP və “TurkStream”i uğurla işə saldıq. Hazırda bizim qaz nəqli məntəqələrimiz ümumilikdə sutkada 318 mln. kubmetr ötürməyə yönəldilib, lakin 2021-ci ildə bu göstərici sutkada 450 mln. kubmetrə qədər arta bilər”, - yanvarın 8-də Türkiyənin energetika naziri Fatih Dönməz bildirib. Türkiyə energetika qurumunun rəhbəri yanvarın 8-də İstanbulda “TürkStream”in işə salınma mərasiminə dəvət olunmuş Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
Hazırda Türkiyə əhalisinin 79% -i (təxminən 53 mln. nəfərə yaxın) təbii qazdan aktiv istifadə edir (İƏİT-də 10-cu yer).
“EastEuropeanGasAnalysis” eksperti Mixail Korçemkin ASTNA-ya bildirib ki, 2020-ci ildə Türkiyə “Türk axını” ilə 4,4-4,5 mlrd. kubmetrə yaxın qaz ala bilər (sonradan artırıla bilər).
Avropaya gəlincə, “Türk axını” ilə bağlı hələ bəzi “sualtı əngəllər” var.
AVROPA ÜÇÜN QAZ
Faktiki olaraq yanvarın 8-də İstanbulda “Türk axını”nın yalnız ilk mərhələsinə start verilib. Belə ki, 2020-ci ildə Bolqarıstan “Türk axını” layihəsi çərçivəsində Serbiyaya boru kəmərinin inşasını başa çatdırmalıdır.
“2020-ci ilin yanvarından Bolqarıstan, Şimali Makedoniya və Yunanıstana nəql həyata keçirilir. Müvafiq olaraq, “Türk axını” ilə Avropaya gələcək tranzit Bolqarıstan tərəfinin bəyan etdiyi müddətə uyğun olacaq. Borunun ildə 15,75 mlrd. kubmetrə nə zaman çıxacağını hələlik söyləmək çətindir”, - RF energetika naziri Aleksandr Novak deyib.
“Türk axını”nın ikinci xəttinin Avropa davamı Bolqarıstan - Serbiya - Macarıstan - Avstriya marşrutu ilə keçməlidir və Macarıstan hissəsinin inşası hələ başlamayıb. FGSZ qaz nəqliyyat operatoru 2019-cu il oktyabrın ortalarında Serbiya ilə interkonnektor layihəsi üçün OpenSeason (mümkün tranzit gücü ilə ilkin bronlaşdırma proseduru) başlandığını elan edib.
Yəni, Avropada “Türk axını”nın tam başa çatdırılması üçün daha çox vaxt tələb lazım ola bilər.
Lakin çətinlik təkcə Avropada “Türk axını”nın başa çatma tarixlərində deyil, həm də Aİ-NDAA-nın tələblərinə - Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin stabil həcminin davam etməsi (2019-cu il dekabr müqaviləsi) və “Qazprom”dan bütün borular üçün həcm balansı ilə əlaqədar - əməl olunmasından ibarətdir.
“Əgər Rusiya qazının “Türk axını” ilə nəqli Ukrayna, Rumıniya və Bolqarıstan vasitəsilə tranzitin həcmini 2018-ci ilin aylıq səviyyəsindən 25% -dən çox azaldarsa, “Qazprom” NDAA 2020 sanksiyaları altına düşə bilər. Görünür, işə salınmış “Türk axını” ilə həcm bundan asılı olacaq. “EastEuropeanGasAnalysis”in eksperti ASTNA-ya deyib.
Yaddan çıxarmaq lazım deyil ki, Türkiyə və Bolqarıstan 2019-cu ildən fəal şəkildə maye təbii qaz alırlar.
Ümumilikdə, 2020-ci ilin əvvəlində Avropa bazarı qazla doludur ki, bu da növ yanacağın bu növünə qiyməti aşağı salır və əsasən “Şahdəniz-1”dən Türkiyəyə qaz nəqlini (15 illik müqavilə 2021-ci ildə başa çatır) davam etdirmək üçün Azərbaycan və Botaş arasında başlanmış danışıqları çətinləşdirə bilər.
Azərbaycandan Avropa üçün qaza gəlincə, o, hələ 2013-cü ildə imzalanmış 25 illik müqavilələrlə qorunur, yəni hər vəziyyətdə alıcılar Azərbaycan həcmini götürməli olacaqlar ki, bu da xəzinəyə axını təmin edəcək.
Xatırladaq ki, 2020-21-ci illərdə Türkiyə “Şahdəniz-2”dən (TANAP ilə gedir) qaz alışının zirvəsinə çata bilər - ildə 6 mlrd. kubmetr və “Şahdəniz-1”dən də Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ildə 9 mlrd. kubmetrə yaxın qaz almağa davam edər.
2020-ci ilin sonlarında Avropa CQD sayəsində ilk dəfə Azərbaycan qazını görəcək, Yunanıstan və Bolqarıstan 25 il ərzində “Şahdəniz-2”dən ildə 1 mlrd. kubmetr, İtaliya isə ildə 8 mlrd kubmetr qaz alacaqlar.
2020-ci ilin fevralında Aİ RF qazından asılılığın azaldılması çərçivəsində Avropanın gələcəkdə Azərbaycandan qaz alışını artırmaq istəyib-istəməməsi məsələsinə aydınlıq gətirəcəyini vəd edib.
Rəy yaz