Открытие Национального собрания Турецкой Республики 22 апреля 2020 года. Ататюрк и соратники.
Avqustun 10-da Ermənistan prezidenti və baş naziri Armen Sarkisyan və Nikol Paşinyan 1920-ci ilin Sevr müqaviləsini xatırladılar. Onu “ədalətli”, “bu region xalqlarının məhrumiyyət və iztirab tarixinə nöqtə qoyan” sənəd adlandıran N.Paşinyan əlavə edib ki, Sevr-1920-ci il xristian və müsəlman xalqlarının birgə yaşayışı, dinc yaşama, regionda sivilizasiya müxtəlifliyinin qorunub saxlanması və inkişafı üçün əlverişli şərait yaradıb, xüsusilə də “Ermənistana müstəqilliq” verib.
Ermənistan Respublikası bu sənədin bərabərhüquqlu tərəfi kimi çıxış edib". Öz növbəsində, A.Sarkisyan Sevr müqaviləsini “qanuni” beynəlxalq və defacto qüvvədə olan sənəd kimi müəyyən edib (ru.armeniasputnik.am).
Əlbəttə, rəsmi İrəvanın həmin hadisələrə baxışını, ümumiyyətlə, şərh etməmək olardı, əgər məlumatda yüzillik tarixi olan Sevr müqaviləsinin “işləkliyi” haqda passaj əksini tapmasaydı. Məhz bu nüans yüz il əvvəl dünya geosiyasətinin bəzi aspektlərinin nəzərdən keçirilməsini aktuallaşdırır.
“Rusiyanın Qafqaz toqquşmaları. I Pyotrdan İosif Stalinə qədər” (Kiyev, 2017) kitabında müəllif bu məsələni çox ətraflı nəzərdən keçirib. Təqdim olunan məqalə çərçivəsində bu əsərdən ayrı-ayrı çıxarışlardan istifadə olunur.
Ümumilikdə, Sevr-1920-ci il müqaviləsinin imzalanma dönəmində yaranmış vəziyyəti başa düşmək üçün qeyd etmək lazımdır ki, 1920-ci ilin mayında bolşevik Rusiyası Polşa ilə 1919-cu ildə Antanta Ali Şurası tərəfindən təsdiq edilmiş müvəqqəti şərq sərhəddinin onun tərəfindən tanınmasını nəzərdə tutan sülh danışıqlarında Böyük Britaniyanın vasitəçilik xidmətlərini qəbul etməyə hazır olduğunu bəyan edib. Lakin Petroqradın daha güşəştli olması üçün London təzyiqi artırmaq qərarına gəldi və mayın 6-da Polşa qoşunları Kiyevi tutdular; digər kiçik ərazilərlə yanaşı Qomel də onların oldu. Mayın 25-də baş vermiş dəyişik hərbi uğurların fonunda Rusiya öz əbədi geosiyasi düşməni olan, dərhal bolşevikləri İranda hərbi əməliyyatlardan, Mustafa Kamalı dəstəkləməkdən (gələcəkdə Atatürk) və İngiltərənin şərqi təsir zonalarında Britaniya əleyhinə çıxışlara təşəbbüsdən imtina etməyə çağıran İngiltərə ilə elan olunmayan danışıqlara başladı. Lakin Rusiya qoşunları polyakları Kiyevdən çıxarmağa müvəffəq oldular və bolşeviklər artıq Polşanın sovetləşməsini gözləyirdilər. Paralel olaraq, 1920-ci ilin iyulunda Moskvada keçirilən Kominternin (kommunist beynəlmiləlçiyi təşkilatı) II Konqresində qəbul edilmiş qurumun Nizamnaməsində “beynəlxalq burjuaziyanın devrilməsi və Beynəlxalq sovet respublikasının yaradılması uğrunda” mübarizə müəyyən edilmişdi (1). Bununla da Konqres dünya inqilabının (əsas məqsədi əsasən ingilislərin nəzarətində olan “üçüncü dünya” idi) şüarını elan etdi.
Bununla yanaşı, 1920–ci ilin iyun-iyul aylarında Qafqaz istiqamətində Böyük Britaniya tərəfindən daşnak Ermənistanına “25 min tüfəng və 40 min dəst geyim” (2) göndərilməsi təşkil edilmişdi”. Sovet inqilabçısı, RSFSR Narkomatın (Xalq Komissarlığı) milli məsələlər üzrə (Narkomnats) əməkdaşı Mixail Pavloviç-Veltman açıqlamışdı ki, Antanta ölkələri “Qafqazda Sovet Rusiyasına qarşı hücum hazırlayaraq daşnaksakan hökumətini ciddi-cəhdlə təchiz edirdilər” (3).
Bu tarixi mərhələdə London 10 avqust 1920-ci ildə Antanta ölkələri və onlara qoşulan dövlətlərin, o cümlədən Ermənistanın Osmanlı İmperiyasının sultan hökuməti ilə Sevr müqaviləsini imzalaması təşəbbüsü ilə çıxış etdi. İstanbul və Qara dəniz boğazlarının demilitarizasiya olunmuş zonası beynəlxalq idarəetməyə keçdi. Osmanlılar Aralıq dənizinə çıxışı olmayan kiçik bir ərazi ilə məhdudlaşdılar. Bəndlər arasında Türkiyə tərəfinin Ermənistanı “azad və müstəqil dövlət” kimi tanıması da vardı. Hər iki ölkə bir sıra Osmanlı vilayətləri daxilində sərhədlərin arbitrajı ilə bağlı ABŞ prezidenti Vudro Vilsona tabe olduqlarını və onun Ermənistanın Qara dənizə çıxışına (Batum vasitəsilə) dair şərtlərini qəbul etdiklərini təsdiqlədilər.
Tamamilə aydındır ki, daşnak hakimiyyəti bolşevik Rusiyasının Ermənistanla bağladığı sülh sazişi (məhz Sevrdə müqavilənin imzalandığı gün) sayəsində yüksəliş, rifah hiss edirdi, ölkələr arasında hərbi əməliyyatlar dayanmışdı. Bu zaman erməni qoşunlarına Şahtaxtı–Sultanbəy xəttini tutmağa imkan verilirdi; Şahtaxtı–Culfa hissəsində dəmir yolu qolunun istismarı isə Ermənistanın Dəmir Yolu İdarəsinin (4) tabeliyində idi.
Lakin artıq həmin dövrdə Ermənistanı gec partlayan mina təhlükəsi gözləməyə başladı. ABŞ-ın İngiltərənin geosiyasi liderliyini qəbul etmək istəməməsi Vaşinqtonla Lenin hökumətinin mövqelərinin yaxınlaşmasına səbəb oldu. Nəticədə Sevr müqaviləsinin imzalandığı gün Amerikanın dövlət katibi Beynbric Kolbinin “Vahid Rusiya”ya dəstək bəyanatı yayıldı. Burada söhbət 1914-cü il sərhədlərindən gedirdi, ancaq Polşa, Finlandiya və Ermənistan ora daxil edilmədən. Sonuncu ilə əlaqədar B. Kolbi qeyd etmişdi ki, bu ölkənin “sərhədlərinin yekun müəyyən edilməsi” “Rusiyanın razılığı və əməkdaşlığı olmadan baş verməməlidir”. “Müstəqil və azad qalmaq” üçün Ermənistana Moskvanın “xoş məramı və dost himayəsi lazımdır” (5).
Digər tərəfdən, Mustafa Kamal Paşanın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisi (TBMM) Sevr razılaşmasını tanımaqdan imtina etdi. Buna paralel olaraq, Ermənistan-Rusiya razılaşmasına əsasən, RSFSR qoşunları “erməni hissələrinin yerləşdirilməsi üçün” müəyyən edilmiş zolaq istisna olmaqla, mübahisəli vilayətləri: Qarabağ, Zəngəzur və Naxçıvanı” tutdular. Bu sənədə əsasən, RSFSR bu ərazilərin “müvəqqəti tutulması” ilə “Ermənistan və Azərbaycan arasında ərazi mübahisələrinin sülh yolu ilə həlli üçün əlverişli şərait yaratmağı planlaşdırırsa” da Petroqrad üçün vəziyyətin inkişafını öz maraqları naminə tənzimləmək imkanı tam aydın görünürdü.
Avqustun 24-də Polşa qoşunları tərəfindən Rusiya ordusunun ən həssas məğlubiyyətə uğradılmasından (“Vislada möcüzə”) və hərbi əməliyyatların etnik Polşa ərazisindən kənara keçməsindən bir neçə gün sonra RSFSR və TBMM əməkdaşlıq haqqında saziş imzalayırlar. Sazişə əsasən Rusiya hökuməti Kamalçılar tərəfindən təqdim edilən “Türkiyəyə aid və Türkiyə Milli Hökuməti tərəfindən tanınmayan hər hansı bir beynəlxalq aktı heç bir halda tanımamağa” razılaşdı. Ən mühüm bənd insanların və malların daşınması üçün əlaqə vasitələrindən “qısa müddət”də istifadə edilməsi məqsədilə ölkələr arasında “maneəsiz dəmir yolu hərəkəti”ni təmin etmək barədə öhdəliklərin təsdiq edilməsi idi (6).
Bu bəndin altında nəyin nəzərdə tutulduğunu bəlkə də açıqlamağın mənası yoxdur. Belə ki, bəzi mənbələrə görə, müqavilə Rusiyadan silah-sursat, material və pul verilməsi, lazım gəldikdə isə birgə hərbi əməliyyatlar yolu ilə TBMM-ə yardım göstərilməsini nəzərdə tuturdu. Pul yardımı 10 mln. qızıl rubl (1,25 milyon Osmanlı qızıl lirəsi) məbləğində razılaşdırılmışdı. Burada qeyd edək ki, hələ saziş bağlanmamışdan əvvəl “türkiyəli yoldaşlara” ilk yardım Birinci Dünya Müharibəsi illərində Qafqazda Osmanlı hərbi əməliyyatlarının iştirakçısı, ingilis əsirliyindən Moskvaya qaçmış general Xəlil Paşa Kut vasitəsilə daxil olmuşdu (7).
Avqustun 26-da isə TBBM hökumət nümayəndə heyətinin rəhbəri Bəkir Sami “Ermənistan sərhəddində ədalət və qanunçuluq əsaslarında sərhəd xətti çəkmək üçün” (bu, Ermənistanın “Anadolunun bizə məxsus şərq əyalətləri”nə imperialist tələblərindən irəli gəlirdi) RSFSR-in vasitəçiliyi barədə təklifə Ankaranın dəstəkləyici münasibəti barədə Xalq Xarici İşlər Komissarlığının (XXİK) rəhbəri Qriqori Çiçerinə məlumat verdi. Bununla da Sevr müqaviləsində nəzərdə tutulan “ərazi” məsələlərində ABŞ prezidenti V. Vilsonun arbitrajı nominal oldu. Bu fonda türklər Şahtaxtı və Sarıqamışı tutdular (Rusiya tərəfinin elan olunmayan razılığı ilə) ki, bu da Bakı və Kamalçı Ankara arasında birbaşa xətt qurmağa imkan verdi.
1920-ci ilin sentyabrında Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayında Mustafa Kamal hərəkatının kommunistlər tərəfindən dəstəkləndiyi səsləndirildi: baxmayaraq ki, “bu hərəkat “kommunist deyil”. Çünki “biz ingilis hökumətinə qarşı hər cür inqilabi mübarizəyə kömək etməyə hazırıq”. Forumda TBMM nümayəndəsi İbrahim Talinin bəyanatında Ermənistanda hökmranlıq edən daşnaklar “Qərb kapitalizminin Şərq əlaltıları” kimi təsvir edilib. O qeyd edib ki, “Ermənistan Qarabağ və Zəngəzura iddia edir”.
Tezliklə “Şərq xalqlarının təbliğat və hərəkət Şurası”nın qurultayında yaradılmış Rəyasət Heyətinin elan olunmayan geniş rəyi ortaya çıxdı. Sənəd yaxın zamanlarda Londonun “ingilis- fars qoşunlarının, Ermənistanın, bəlkə də Gürcüstanın birləşmiş qüvvələri vasitəsilə Sovet Azərbaycanına (“Azərbaycanın bolşevik zülmündən azad edilməsi” bayrağı altında və Bakının Sovet Rusiyasından qoparılması məqsədilə) zərbə endirməyə hazırlaşdığını bildirirdi, “ən ekstren şəkildə Türkiyədə milli hərəkatı dəstəkləməyi” vacib sayırdı. Bu nəticənin təmin edilməsi yalnız “öz xalqını incidən daşnakların boyunduruğunu devirmək və inqilabçi Türkiyə ilə birləşmək məqsədilə millətçi türk qoşunları ilə ittifaq şəklində Ermənistana hücum yolu” ilə mümkün görünürdü. Rəy müharibənin qaçılmazlığının ifadəsi ilə yekunlaşırdı, çünki təxirə salındığı təqdirdə “iki həftə ərzində” Ermənistan Sovet Azərbaycanına hücum edəcək ki, bu da “bizim üçün Bakının itirilməsi demək olacaq”. Sənəd surəti RSFSR XXİK-ə çatdırılmaqla baxılmaq üçün Komintern İcraiyyə Komitəsi və RKP MK-ya göndərildi (8).
Sonrakı hadisələr göstərir ki, yuxarıdakı instansiyalar Təbliğat Şurasının bütün təkliflərinə müsbət reaksiya verdilər. Artıq 1920-ci il sentyabrın 8-də RSFSR nümayəndəliyinin Anqorada (Ankara) 1-ci katibi N. Upmal Türkiyə tərəfinə “ümumi çəkisi iki yüz kiloqram 635 və ya 900 qram” olan “üç yeşik qızıl” verdi (9).
1920-ci il sentyabrın 13-də Ermənistan XİN sübh çağı türk qoşunlarının Oltin istiqmətində, həmçinin Sarıqamış dəstəsinin sağ cinahına hücuma keçməsi barədə məlumatı Gürcüstandakı nümayəndəsinə çatdırdı. “Türklərin hücumu davam edir” və bu haqda “dərhal Tiflisdəki bütün müttəfiq nümayəndələrə məlumat verilməlidir”, Sevr müqaviləsinin “ən əsaslarını pozan” bu hərəkətlərə etiraz bildirilməlidir (10).
1920-ci il sentyabrın 15-də erməni qoşunlarının Azərbaycanla sərhəddə cəmləşməsinə başlanıldı (11). Qeyd edək ki, Ermənistanla Türkiyə arasında hərbi əməliyyatların başlanması ilə Ermənistan KP (b) MK öz təlimatı ilə “müharibəyə qarşı geniş təbliğat”a başlamaq üçün göstəriş verdi. Bunu belə açıqlayırdı ki, “Kamalçı Türkiyə” əvvəlki, sultan Türkiyəsi deyil, “Ermənistana qarşı təcavüzkar məqsədlər güdmür” və “Sovet Rusiyasının müttəfiqi” kimi özünün imperialist güclərdən - İngiltərə, Fransa, Yunanıstandan qurtuluşu uğrunda mübarizə aparır (12).
Sentyabrın 24-də Ermənistan Türkiyəyə müharibə elan etdi. Şərq cəbhəsindəki erməni birləşmələri Barkız və Kətəkə hücuma başladılar (13). Bundan əlavə, sovet tarixçisi V. Qurko-Kryajinin şahidliyinə görə, daşnaklar “ingilislərdən alınan silahlar”dan istifadə edərək Qars vilayəti boyunca və İrəvan quberniyasında müsəlman əhalisyə qarşı kütləvi qırğın törətdilər, Şuragel, Şərur-Dərələyəz, Sarıqamış rayonlarını “külə çevirdilər”. “Özləri üçün bu şəkildə arxa cəbhəni təmin etməklə” Olta və Kağızmana hücum etdilər (14).
Belə bir şəraitdə Q.Çiçerin “kamalçılara qarşı dost siyasəti” “bizim üçün olduqca vacib” adlandırır, çünki “onlar müsəlmanlıqda mütərəqqi və demokratik elementi təqdim edirlər”. Bir neçə gün sonra Q.Çiçerin “Şahtaxtı-Culfa dəmir yolunun üsyançı türklərin əlində olmasından” danışarkən konkretləşdirir ki, “biz onu tutmayacağıq, onu ermənilər üçün əldə etmək bizim işimiz deyil”, yaxşı ki, 10 avqust 1920-ci il tarixli müqavilə (yəni, Sevr müqaviləsi – qeyd müəllif.) “bizdən türklərlə müharibə tələb etmir” (9).
RKP (b) MK-nın 29 sentyabr 1920-ci il tarixli plenumunun iclası isə “Şərq işləri haqqında” məruzəni dinləyərək (o cümlədən) “Kamalçılara pul və silahla faktiki yardım göstərməyi” və “Azərbaycanla müqaviləni təsdiq etməyi” qərara aldı. Həmçinin “Çiçerinin Kamalçılara qızıl ayırması təklifi” təqdir edildi (gələcəkdə detallar və miqdarı nəzərdən keçirilməklə) (15). Bununla eyni vaxtda RSFSR Azərbaycanla hərbi, təsərrüfat, maliyyə və xarici iqtisadi sahələrdə qarşılıqlı yardım haqqında müqavilə imzaladı.
6 noyabr 1920-ci ildə Q.Çiçerin Bakıda olan İ.Stalinə bildirdi ki, “türklərin davam edən hücumu nəticəsində Ermənistan bizim vasitəçiliyimizə müraciət edib”. Bunun ardınca o, Rusiyanın bu missiyanı öz üzərinə götürməsi barədə Mustafa Kamala məlumat verib və bununla əlaqədar ölkə hökuməti gələcək hərbi əməliyyatların dayandırılmasına “ümid edir” (16). 19 noyabr 1920-ci ildə hərbi əməliyyatlar dayandırıldı.1 dekabr 1920-ci ildə Daşnaksütyun Partiyasının Bürosu, parlament fraksiyası və Ermənistan hökuməti ölkənin sovetləşdirilməsi barədə RKP (b) MK-nın təklifini qəbul etdilər.
Baş verənlərə kifayət qədər ifadəli şəkildə yekun vuran İ.Stalin demişdi: “Daşnak Ermənistanı çökdü, şübhəsiz ki, onu Türkiyəyə hücuma təhrik edən və sonradan onları türklərin öhdəsinə buraxaraq rüsvayçı şəkildə tərk edən Antantanın təxribatının qurbanı oldu. Ermənistanın xilas olmaq üçün bir yolunun - Sovet Rusiyası ilə ittifaq yolunun qaldığına çətin ki kimsənin şübhəsi olsun” (17).
Növbəti il, 16 mart 1921-ci ildə Rusiya-Türkiyə dostluq və qardaşlıq müqaviləsi bağlandı və buna əsasən Ankara “Türkiyə və çar hökuməti arasında əvvəllər bağlanmış beynəlxalq aktlara əsaslanan hər hansı pul və ya digər öhdəliklər”dən azad edildi (18). Bu fonda 1920-ci il Sevr müqaviləsində nəzərdə tutulmuş “azad və müstəqil” erməni dövləti statusu artıq 1921-ci il London konfransında müzakirələr zamanı Türkiyənin şərq vilayətləri hüdudlarında erməni “milli ocağı”nın yaradılması haqqında qeyri-müəyyən formula çevrildi. Fransanın təsir dairəsində olan Kilikiya üçün “inzibati muxtariyyət” təklifi də reallaşmamış qaldı (19).
D. Lloyd Corcun sözlərinə görə, “müstəqil erməni dövləti ümidsiz bir layihəyə çevrildi”. Britaniyalı baş nazir buna görə məsuliyyəti Sevr qərarlarında nəzərdə tutulmuş Ermənistana dair mandatın qəbulu ilə bağlı “hər cür fikri” rədd edən Birləşmiş Ştatların üzərinə qoymağa cəhd etdi (20). Həqiqətən də Vaşinqton San-Remoda (1920-ci il) İngiltərə-Fransa razılaşmasının nəticələrindən (ABŞ-ı Yaxın Şərq neftinin bölüşdürülməsindən kənarlaşdırırdı) narazı qalaraq həmin dövrdə işlərdən geri çəkilmişdi.
24 iyul 1923-cü ildə isə məşhur Lozanna sülh müqaviləsi imzalandı. Lozanna müqaviləsinə əlavə edilmiş xüsusi protokolun maddələrinə əsasən müqavilə Türkiyə tərəfindən ratifikasiya olunduqdan sonra İstanbulu işğal edən Avropa ölkələri qarnizonlarının altı həftə ərzində evakuasiyası nəzərdə tutulurdu. Sovet tarixçisi A.Ştalın fikrincə, Ankara üçün əsas “Türkiyənin suveren hüquqları”nın tanınması oldu. Lozanna qərarları “türk millətçilərinin tam qələbəsi” demək idi, belə ki, Türkiyənin Sevr bölgüsünün yerinə “bütün Anadolu, Konstantinopol və Şərqi Frakiya üzərində” dövlət hakimiyyəti qurulurdu; ölkənin xristian azlıqları muxtariyyətdən məhrum olurdu: milyonlarla yunan Yunanıstana köçməli idi; Türkiyə “öz tarixi mövcudluğu ərzində ilk dəfə millətə çevrilirdi” (21).
Professor Viktor İsraelyanın (ABŞ, Pensilvaniya Universiteti) fikrincə, Türkiyədə kapitulyasiya rejiminin ləğvi, əcnəbilərin iqtisadi və siyasi imtiyazları, ölkə üzərində beynəlxalq maliyyə nəzarəti “Kamalçı inqilabı nəticəsində yaranmış müstəqil Türkiyə dövləti”nin beynəlxalq miqyasda tanınmasını göstərirdi (22). U.Çörçill yazırdı ki, əgər 1920-ci ilə qədər “müttəfiq ordular Türkiyə üzərində mütləq və şəksiz qələbə qazanmışdılarsa”, dörd ildən sonra “boşboğazlar qələbəni məğlubiyyətə çevirdilər” (23).
“Erməni hərəkatı” na gəlincə, Lozanna konfransı Türkiyədə ermənilərin “milli ocağı”nın yaradılması məsələsinə məhəl qoymadı. Zoryan İnstitutu (ABŞ, Kanada) soyqırımın araşdırılması Mərkəzinin direktoru Vaaqn Dadryan qeyd edir ki, Qərb “ermənilərin taleyini müzakirə etmək”lə bağlı erməni tərəfinin cəhdlərini açıq şəkildə rədd edərək “Ermənistan və ermənilərə aid bütün istinadları çıxardı” (24).
Bolşevik dövrünə qədər Ermənistan parlamentinin rəhbəri, Lozanna sənədinin birbaşa iştirakçısı Avetis Aqaronyanın şahidliyinə görə, İsveçrədə imzalanmış müqavilə “hisslərin aldadılmasına səbəb olur, çünki elə şəkildə bağlanıb ki, sanki ermənilər mövcud deyil, o, guya ermənilərin mövcud olduğunu bilmir və onlar barəsində susur” (25). Halbuki, Lloyd Corcun şahidliyinə görə, “həqiqətən ermənilərin əsassız ümidlərə qapılmağa haqqı yox idi” (26).
Yəqin ki, yuxarıda göstərilən tarixi mənbələrlə təsdiqlənmiş məlumatlara şərhə ehtiyac artıqdır. Bəlkə də bu informasiya İrəvanda məlum olsaydı, 1920-ci il Sevr müqaviləsinin “qanuniliyi” və “effektivliyi” ilə bağlı N. Paşinyan və A.Sarkisyanın bugünki bəyanatları olmazdı.
Teymur Atayev
1 Устав Коминтерна
http://agitclub.ru/front/com/congress022.htm
2.Аким Арутюнов. Досье Ленина без ретуши. Документы. Факты. Свидетельства http://www.pseudology.org/ArutunovLenin/15.htm
3.Мих. Павлович. Кемалистское движение в Турции
http://www.ruthenia.ru/sovlit/j/20.html
4.Соглашение о мире между Республикой Армении и РСФСР http://www.genocide.ru/lib/barseghov/responsibility/v2–1/0762–0794.htm
5.Б. Колби. Заявление итальянскому послу Авеццане. Цит. по: Барсегов Ю. Г. Геноцид армян. Ответственность Турции и обязательства мирового сообщества
http://www.genocide.ru/lib/barseghov/resp/443-460.htm#449_450
6.Проект договора между РСФСР и Кемалистской Турцией
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0795-
7.Анкара — главный штаб новой власти
http://www.people-stories.ru/ankara-headquarters-of-the-new-government.html
8.ЦГАНИ РА. Ф. 113. Оп. 3. Д. 7. Л. 1–2 и об.–3. Цит. по: Заключение Президиума Совета пропаганды и действия народов Востока http://www.hayastan.ru/Vestnik/vestnik.l?var=Arkhiv/2002/1–2/statya19&number=-1–2+2002 Ф.
9.Из телеграмм Чичерина
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0795-0837.htm
10.Телеграмма о наступлении
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0795-0837.htm
11.Пискунов С. Армяно-азербайджанские конфликты 1919–1920 гг.
http://www.hronos.km.ru/sobyt/1919arm.html
12.Инструкция коммунистов
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0795-0837.htm
13.Хронология событий в Турции за 1920-й год
http://www.kultur.gov.tr/RU/BelgeGoster.aspx?1C04EA51480895DAA79D6F5E6C1B43FF04C841C36B5D3393
14.Гурко-Кряжин В. Армянский вопрос. Статья из Большой Советской Энциклопедии. Изд. 1, т. 3, М.,1926, с. 437–440
15.Протокол № 8 (46) заседания пленума ЦК РКП(б) от 29 сентября 1920 г.
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0795-0837.htm
16.Радиограмма Г. Чичерина Мустафе Кемалю
http://www.genocide.ru/lib/barseghov/responsibility/v2-1/0864-0904.htm
17.Сталин И. В. Положение на Кавказе. Беседа с сотрудником газеты «Правда»
http://petrograd.biz/stalin/4-57.php
18.Договор между Россией и Турцией от 16 марта 1921 г.
http://www.genocide.ru/lib/treaties/19.htm
19.Лондонская конференция 1921 г.
http://www.genocide.ru/enc/london-conference.htm
20.Ллойд Джордж Д. Правда о мирных договорах. В 2-х т.
http://rutracker.org/forum/viewtopic.php?t=4805114
21.Шталь А. Малые войны 1920–1930-х годов
http://militera.lib.ru/h/shtal/01.html
22.Исраэлян В. Л. Лозаннский мирный договор 1923 г.
http://www.cultinfo.ru/fulltext/1/001/008/071/142.htm
23.Черчилль У. С. Мировой кризис
http://grachev62.narod.ru/churchill/chapt19.htm
24.Дадрян В. Турецко-армянские отношения в свете исторических и политических последствий геноцида армян
http://books.nt.am/readbook.php?LangID=5&ID=104
25.Цит. по: Нерсесян С. Огонь под пеплом еще не угас
http://www.golos.am/2000/may_2005/26/st06.html
26.Ллойд Джордж Д. Правда о мирных договорах. В 2-х т.
Rəy yaz