Photo: Capture of Northern Cyprus (1974)
Cavab məktubu �Yeni dünya sistemi�ni qurmaq üçündürmü?
ABŞ müdafiə naziri əvəzi Patrick Shanahanın 6 iyunda Türkiyənin milli müdafiə naziri,ordu generalı Hulusi Akara göndərdiyi məktub hərb və diplomatiya mütəxəssislərinin çoxu tərəfindən "İkinci Johnson" məktubu kimi xarakterizə edilmişdi.Ekspertlərin də dediyi kimi,təhdid, təhqir və şantajla dolu olan məktubda Türkiyənin S-400 raketlərini almaması tövsiyə edilir,əksi-təqdirdə müharibə texnologiyasından maliyyəyə qədər bir çox sahədə sanksiyaların tətbiq ediləcəyi açıq şəkildə ifadə edilirdi.Yəni,açıq bir ultimatum.
"İkinci Johnson məktubu"mu? Ola da bilər olmaya da...
Prezident Lynda B.Johnson 5 iyun 1964-cü ildə baş nazir İsmet İnönüyə göndərdiyi məktubda "Türkiyənin Kipr adasına hərbi əməliyyat təşkil etməkdən vaz keçməsini" tələb etmişdi.Bioqrafiyasında xarici işlər naziri,baş nazir, prezident, ana müxalifət lideri təcrübəsi olan İsmet İnönü təhqir və təhdid dolu o məktuba "Yeni dünya qurular və Türkiyə orada yerini alar"- sözləriylə və həm də eyni üslubda cavab vermişdi.
Shanahanın məktubunun ünvanı Türkiyə prezidenti deyil,Pentagonun da yaxından tanıdığı müdafiə naziridir.Ona görə adresat baxımından Shanahanın məktubu ilə Jonsonun məktubu adekvat sənədlər deyil.Başqa bir fərq isə-54 il sonra yazılan məktubda ABŞ üçün böyük önəm daşıyan (ölkədəki yunan lobbisinin varlığı və gücü) əməliyyatdan vaz keçməkdən yox,müttəfiq olmayan bir ölkədən hava hücumundan müdafiə raketlərini almamaqdan söhbət gedir.Məktubda sanksiyalara da işarə edilir.Ki,, Türkiyə o sanksiyalara 1970-ci illərin əvvəllərindən ardıcıl şəkildə məruz qalmışdı: xaşxaş əkininə görə,Kipr adasına "Sülh əməliyyatı" təşkil etdiyinə görə və s.
İyunun 18-də milli müdafiə naziri Hulusi Akarın Pentagona yazdığı cavab məktubu barədə nazirlikdən açıqlama verildi.Açıqlama qeyd edilir ki,nazirin məktubunda 6 iyun məktubunun "müttəfiqlik ruhuna uyğun olmayan üslub və yanaşmadan hiss edilən narahatlıq" Pentagonun diqqətinə çatdırılıb və "qarşılıqlı hörmətə söykənən dialoqun davam etdirilməsinin lüzumu" vurğulanıb.
Yəni, ordu generalı Akarın cavab məktubunda Ankaranı narahat edən "üslub və yanaşma" məsələləri ön plana çıxarılıb."Yeni dünya qurular"- səpkili sərt açıqlamadan söhbət getmir.
Bu, nəyə işarə edir? Ankaranın Pentagonu "dostluq və müttəfiqliyə uyğun olan üsluba dəvət etməsi" əks tərəfin üslubunu dəyişdirməyə kifayət edərmi?
Kifayət edəcəksə,Ağ ev,Pentagon,Konqress Türkiyəyə qarşı total hücumdan əl çəkərək S-400-lərin alınmasına səs çıxarmayacaqlarmı?
Kifayət etməyəcəksə,Washington öz üslubunu daha da sərtləşdirib "dostluq və müttəfiqlik" çərçivəsindən kənara çıxaracaqmı?
Təxminən 2 ay əvvəl yazmışdıq, bir daha təkrarlayaq: Ankara bu gün Washingtona "Yeni dünya qurular, Türkiyə də orada öz yerini alar"- restini çəkməyə hazır və qadirdirmi?
Bu günkü geostrategiya və geosiyasət 54 il əvvəlkindən daha uyğundur ancaq yeganə şərtlə: imkanları dəqiq ölçüb-biçib addımı ən sərrast şəkildə atmaq şərti ilə...
Recep Tayyip Erdoğanın 20 ildən bəri ən çox tənqid etdiyi siyasətçi İsmet İnönüdür.
Washingtona "İnönü resti" çəkərək özünü haqlı çıxara biləcəkmi?
Böyük Şərq
-
Ankara Suriyanın yeni lideri Əhməd əş-Şaaranın addımlarını gözləyərkən, həm də PKK-nın Suriya qolu PYD/YPG-yə müxtəlif vasitələrlə hər saat, hər gün təzyiq göstərir: Dəməşq şimal-şərqdə formalaşan kürd kantonlarından 'silahları torpağa basdırmağı' tələb edərkən, Ankara bu tələbi öz sərhədləri daxilində və Şimali İraqdakı terrorçulara daha qəti şəkildə çatdırır. 8 Dekabrda, Türkiyənin dəstəklədiyi bir təşkilatın Suriyanın şimal-qərbində Əsəd ailəsinin qaçmasından sonra hakimiyyəti ələ keçirməsi ilə, Türkiyə bu vəziyyətdən sürətlə faydalanmağa başlayıb. İndiyə qədər atılan addımların sürəti və dəqiqliyi bunu təsdiqləyir; açıqdır ki, Ankara bu günlər üçün illərlə əvvəldən yaxşı hazırlaşmışdır."
-
Türkiyədə fəaliyyət göstərən əcnəbi mətbuat nümayəndəsi olan bir dostumdan aldığım mesaja gülərək reaksiya verməyim təbii idi. İstanbulda yerləşən Sabahattin Zaim Universitetində doktorantura təhsili alan bir tələbə bir neçə gün dərsə gəlməyib.
-
Katarın Al-Jazeera kanalının İstanbuldakı ofisinin proqram müəllifi, beynəlxalq TV şərhçisi Yılmaz Akıncı, Əsəd ailəsi hakimiyyətinin devrilməsindən sonrakı proseslərə dair Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı.
-
ABŞ-ın 47-ci prezidentinin “Suriyada yeganə qalib olan Recep Tayyip Erdoğan güclü liderdir. Erdoğan ağıllı adamdır” - deməsinin səbəbini Suriyada təkcə bu gün deyil, 6 il əvvəldən cərəyan edən hadisələrdə axtarmaq lazımdır. Bəli, ABŞ vətəndaşını azad etmədiyinə görə, 2018-ci ilin iyun-iyul aylarında dalbadal X mesajları göndərərək Türkiyə iqtisadiyyatını alt-üst edən də Donald Trump idi, sentyabrda isə cihadçı qüvvələrin İdlibə yerləşərək orada idarə strukturu yaratmasında Türkiyənin himayəsini dəstəkləyən də.
Rəy yaz