A.İsazadə: İntihar hallarını təhqiq edən mərkəz yaradılmalıdır
Psixoloq Azad İsazadə son vaxtlar artan intiharlarla bağlı Turan-a şərh verib.
A.İsazadə ölkədə intihar prosesini kompleks öyrənən qurum olmadığını bildirib. Bu prosesi öyrənən, proqnozlaşdıran, təhlil edən mərkəz olmamasına diqqət çəkilib. Psixoloq ilbəil artan intiharların təhlükəli həddə yaxınlaşmaqda olduğunu söyləyib. Bu məsələdə yaş, cins, region, sosial mövqe xüsusiyyətlərinin öyrənilməsi tövsiyyə edilib və bunların öyrənilməsi zəruri məsələ adlandırılıb. O, həmçinin intiharın “cavanlaşdığını” xatırladıb.
İntihar məsələsilə yalnız Daxili İşlər Nazirliyinin məşğul olduğunu deyən A.İsazadə burada da problemin faktla bağlı cinayət işinin qaldırılması ilə başa çatmasına diqqət çıəkib. Onun fikrincə, səhiyyə, gənclər, təhsil, əmək və sosial məşğulluq nazirlikləri, həkim, pedaqoq, psixoloqlar “komanda” kimi çalışmalıdır.
Psixoloq intihar məsələsində yeniyetmələr qrupunu ən “riskli qrup” adlandırıb.
O qeyd edib ki, bu risklilik yeniyetmələrin maksimalist olmaları, həyata yalnız “ağ-qara” rəngləri fonunda və ya “yaxşı-pis” prizmalarından baxmaqları ilə bağlıdır. Onun fikrincə, yeniyetmələr arasında intiharın artmasına əsas səbəb sosial ümidsizlik, gələcəyi görə bilməməkdir. Hər-hansı məsələ alınmayanda bu kateqoriya insanlarda “gələcək bitdi” mövqeyi formalaşır və intihar bundan çıxış yolu kimi başa düşülür. Psixoloq bu məsələdə valideynlərə bu yaşda olan gənclərə daha həssas yanaşmaq tövsiyəsi verib. Hansısa cəhdində uğursuluğa düçar olan gəncə ümid verilməsi, mübarizənin davam etdirilməsi mövqeyini həyat tərzinə çevirməsinə yardımçı olmaq əsas şərt kimi irəli sürülür.
İntihar statistikasına gəlincə, A.İsazadə bu intiharların tam statistikasının belə olmamasına diqqət çəkib. Yalnız, mətbuatın intihar faktlarını qeydə almasını izləmklə təqribi statistika əldə etməyin mümkünlüyü qeyd olunub. Amma burada da bəzi məqamlar var. Belə ki, bəzən ailələr bu ölümlərin ictimailəşməməsi üçün faktın intihar yox, sıradan bir ölüm olması kimi qeydə alınmasına çalışırlar.
“Hələlik ölkədə intiharla bağlı mənzərə belədir, amma bundan o yana bu halı kompleks təhqiq edə bilmək üçün mərkəz yaradılmasını təxirə salmaq olmaz”, - deyə A.İsazadə mövqeyini çatdırıb. -05B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz