APA Holding-in bütün saytları bloklanıb
Bakı/02.08.18/Turan: Avqustun 1-də axşam saatlarında APA holding-ə aid olan bütün xəbər saytları bloklanıb.
APA rəhbərliyi indiyədək bununla bağlı rəsmi izahat və şərh verməyib.
Amma avqustun 1-də günorta APA prezidenti İlham Əliyevin Qaradağ rayonunda mənzillərin təhvil verilməsi mərasimində çıxışını yayıb. Bu məlumat digər xəbər saytları tərəfindən götürülərək, yayılıb. Bir qədər sonra agentlik dövlət başçısının çıxışını təhri etdiyini etiraf edib və üzr istəyib. Bununla belə, tezliklə APA-nın bütün saytları bloklanıb.
Agentlik əməkdaşları şəxsi söhbətlərdə bundan sonra nə olacağını bilmədiklərini deyirlər və agentliyin işini dayandırdığını təsdiq edirlər. -16D-
-
- Cəmiyyət
- 2 Avqust 2018 10:57
-
- Mədəniyyət
- 2 Avqust 2018 11:47
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz