Aslan İsmayılov
Aslan İsmayılova islah işləri verildi
Bakı/31/07/18/Turan: Səbael rayon Məhkəməsi hüquqşunas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırıb. İş adamı, "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənovun hüquqşunasa qarşı tələbləri qismən təmin edilib.
Mürvət Həsənov ilə "Emre Piliç - Qida Sənaye və Ticarət Limited" şirkətinin rəhbəri Ömür Oral arasında yaşanan qalmaqalda türk biznesmenin vəkili Aslan İsmayılovdur. M.Həsənov iddia edirdi ki, hüquqşünas Facebook sosial şəbəkəsində ona "dələduz" deyib.
Bu gün, iyulun 31-də Səbayel Rayon Məhkəməsində iş adamının iddiası üzrə sonuncu məhkəmə iclası keçirilib.
Hakim Azər Tağıyevin məhkəmə istintaqının yekunlaşdığını elan etməsinə A.İsmayılov etiraz etsə də onun etirazı qəbul edilməyib. Tərəflər son söz deyiblər.
İş adamı M.Həsənli məhkəmədən xahiş edib ki, A.Ismayılov məhkəmə zalında həbs edilsin.
A.İsmayılov isə ona qarşı irəli sürülən ittihamı rədd edib.
Məhkəmə qısa müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, A.Ismayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmçinin, onun qazancından 15% dövlət nəfinə tutulmalı, 1500 manat cərimə ödəməlidir.
İş adamı Mürvət Həsənov ilə "Emre Piliç - Qida Sənaye və Ticarət Limited" şirkətinin rəhbəri Ömür Oral arasında borc qalmaqalı baş verib. Türk biznesmenin vəkili Aslan İsmayılov olub.
M.Həsənov məhkəmədə iddia edir ki, Aslan İsmayılov "Facebook" səhifəsində, mediaya açıqlamalarında onun ünvanına böhtan məzmunlu ifadələr işlədib.
O, hüquqşunasın böhtana görə, həbs edilməsini istəyirdi.-0--
-
- Cəmiyyət
- 31 İyul 2018 18:17
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz