
�Hər sərnişinə görə orta illik gəlir 52 qəpik təşkil edir�, - iqtisadçı
Bakı/31.07.18/Turan: "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri bəyan edib ki, bir sərnişinin daşınması onlara 47 qəpiyə başa gəlir, əslində isə bizim hesablamalara görə, hər sərnişinə görə orta illik gəlir 52 qəpik təşkil edir.
Bu barədə özünün Facebook səhifəsində İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.
Öz hesablamalarını əsaslandıran iqtisadçı qeyd edib ki, illik orta sərnişin dövriyyəsi 201 milyon 221 min 400 nəfərdir. Metro köhnə qiymətlə (20 qəpik) 40 milyon 244 min 280 manat qazanırdı, yeni qiymətlə (30 qəpik) 60 milyon 366 min 420 manat qazanacaq.
"Bu o deməkdir ki, sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə, yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən "Bakı metropoliteni" QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur.
İqtisadçı qeyd edib ki, reklam şitləri, video çarxları və monitorlarının kirayə verilməsindən və yerləşdirilməsindən hər il 10 milyonlarla vəsait qazanır.
Bundan əlavə, metropoliten keçidlərdə yerləşən apteklər üçün kirayə haqqından gəlir əldə edir.
"Beləliklə, bu il Bakı metropoliteninin gözlənilən gəliri 150 milyon manat təşkil edir".
Q.İbadoğlu metropoliten rəhbərliyinə bir sərnişinin daşınmasının xərc strukturunu açıqlamağı təklif edib.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqı 20 qəpikdən 30 qəpiyə artırılıb.-71D-
-
- Cəmiyyət
- 31 İyul 2018 17:42
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
-
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminin (AQTS) yaradılmasına dair fərman imzalayıb. Bu addım ölkənin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində dövlət idarəetməsinin optimallaşdırılmasını və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını hədəfləyir.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan və Rusiya hökumətləri arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində tranzit yük daşımalarının artırılmasına yönəlmiş əməkdaşlıq sazişini təsdiqləyən fərman imzalayıb.
Rəy yaz