![Azərbaycan-İran sərhədində silahlı insident](https://turan.az/resized/media/2019/main/031000017385-750-500-resize.webp)
Azərbaycan-İran sərhədində silahlı insident
2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilmişdir.
Bu gün. yəni, 2019-cu ilin martın 10-da sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınmışdır. Bu barədə Azərbaycan Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, hadisə səhər saat 06:50 radələrində DSX-nın Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.
Azərbaycan dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbiə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı silah tətbiq edib: "Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı kiçik çavuş Səxavət Məmmədov sinəsindən, sərhəd naryadının üzvü əsgər Vidadi Cəbrayılov əlindən güllə yarası alıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmamışdır".
Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar.
Dövlət Sərhəd Xidmətinin rəisi ElçinQuliyevinəmrilə kiçik çavuş Səxavət Məmmədov (ölümündən sonra) və əsgər Vidadi Cəbrayılov xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir, fakt üzrə cinayət işi başlanılıb.-0-
-
- İqtisadiyyat Göstəriciləri
- 10 Mart 2019 14:30
Siyasət
-
İyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyni qəbul edib.
-
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib. Bu məsələ Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında müzakirə edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
-
Keçmiş diplomat Emin Şaiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-ci (xuliqanlıq) maddələrilə ittiham elan edilib. Bu barədə vəkil Aqil Layıc Facebook səhifəsində yazıb.
-
Rusiyanın RİA-Novosti İnformasiya Agentliyinin saytına sərbəst giriş bir sutka - iyulun 23-də mümkün olub. Bundan sonra yenidən Azərbaycan ərazisində bloklanıb. Hakimiyyət nə baş verdiyini şərh etmir.
Təhsildə maliyyələşmə necə qurulmalıdır? – Nabatəli Qulamoğlu Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:18
- 302
Rəy yaz