Bakıda 8 ayda azı, 400 qüsurlu körpə doğulub
Bakı14.09.18/Turan: 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 min 722-dən artıq ümumi müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "13 sentyabr Ümumdünya İlk Tibbi Yardım günü" ilə bağlı açıqlamasında belə yazılır.
Açıqlamaya görə, müraciət edənlərdən 43 min 220 nəfəri xəstəxanalara yerləşdirilib.
Uşaqlar üçün edilən çağırışların sayı 57 min 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 min 833 olub. Nazirlik uşaqlarla bağlı təcili yardıma müraciətlərin sayında artımın olduğunu qeyd edir.
8 ayda ürək-qan damar xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı 101 min nəfərdən çox olub. Onların 8 min 768 nəfərinin hospitalizasiya edildiyi bildirilir. Miokard infarkt keçirən 689 nəfərdən 649-u, insult keçirən 2 min 541 nəfərdənsə 2 min 220 nəfər hospitalizasiya edilib.
Səhiyyə Nazirliyi keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında da artım oldugunu bildirir.
Nazirlik həmçinin, sinir sistemi xəstəlikləri ilə bağlı müraciətlərin sayının da artdığını, bu səbəbdən xüsusiləşmiş briqadaların təşkil olunduğunu vurğulayır.
8 ayda ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 min 679 olub. Müraciət edənlərin 11 min 553-ü hospitalizasiya edilib. Onlar əsasən travmalar (zədələnmələr) alıblar. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir.
Səhiyyə Nazirliyinin məlumatında həmçinin 8 ayda Bakının doğum evlərində doğulmuş az çəkili və ya ağır qüsurlu 400-dən çox körpənin əlaqəli səhiyyə qurumlarına daşınmasının təmin ediliyini qeyd edib.
13 sentyabr dünyada Ümumdünya İlk Tibbi Yardım günü kimi qeyd edilir.
Həmin gün 1881-ci ildən qeyd olunur.
1881-ci ildə Vyana şəhərində teatrda baş verən güclü yanğın zamanı həlak olan və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Bu hadisədən sonar Vyanada müstəqil Təcili Tibbi Yardım xidmətinin yaradılması qərara alınır.
Daha sonra isə Berlin və Londonda da Təcili Tibbi Yardım briqadalarının müstəqil fəaliyyət göstərməsinə başlanılıb.
Azərbaycan da isə ilk təcili yardım xidmətinin Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələrə tibbi yardım göstərmək üçün yaradıldığı bildirilir.--0--
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz