![Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək](https://turan.az/resized/media/2018/main/091300013173-750-500-resize.webp)
Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək
Bakı/13.09.18/Turan: Sentyabrın 15-də "Azadlıq" meydanında Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Erdoğanın iştirak edəcəyi gözlənilir.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, "Azadlıq" meydanı və Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
"Eyni zamanda, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən, Bayraq meydanının ərazisindən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir", deyə o qeyd edib.--0--
-
- Siyasət
- 13 Sentyabr 2018 15:10
-
- İqtisadiyyat
- 13 Sentyabr 2018 15:44
Cəmiyyət
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Rəy yaz