![Arlem Dezir ilin sonuna qədər Azərbaycana səfər etməyi planlaşdırır](https://turan.az/resized/media/2018/main/091300013172-750-500-resize.webp)
Arlem Dezir ilin sonuna qədər Azərbaycana səfər etməyi planlaşdırır
Bakı/13.09.18/Turan: Çərşənbə günü Varşavada insan hüquqlarının ölçülməsi üzrə konfrans çərçivəsində ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynovla Azərbaycanda mətbuatın vəziyyətini müzakirə edib. Bu barədə Dezir Twitter-dəki mikrobloqunda yazıb.
Öz növbəsində, Hüseynov Turan-a bildirib ki, Dezirə Azərbaycanda media azadlığının problemləri, həbs edilmiş jurnalistlər və blogerlər, saytların bloklanması və digər ifadə azadlığının pozulması faktları haqqında məlumat verib.
Hüseynovun sözlərinə görə, Dezir ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi qismində Azərbaycanda hələ olmadığını və ilin sonuna qədər belə bir səfər etməyə ümid etdiyini qeyd edib.
İnsan hüquqlarının ölçülməsi üzrə Varşava konfransı hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilir. -06B-
Siyasət
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
Rəy yaz