�BakuPost� saytının redaktoru �bandotdel�dən buraxılıb
Bakı/03.07.17/Turan: "BakuPost" saytının baş redaktoru, şənbə günü saxlanılan Elçin Zahiroğlu sərbəst buraxılıb. Bu barədə sosial şəbəkədə onun dostları məlumat yayıblar. Jurnalist özü də Facebook səhifəsində "Artıq çöldəyəm" deyə qısa mesaj yazıb.
E.Zahiroğlunu iyunun 1-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs etmişdilər. O, deputat Elmira Axundovanın oğlu, sahibkar Həbib Axundovun ərizəsi əsasında saxlanılıb. Qeyri-rəsmi məlumatlara görə, jurnalist onu şantaj edərək pul tələb edib.
E.Zahiroğlu Vətəndaş Həmrəyliyi Partiyasının lideri, keçmiş deputat Sabir Rüstəmxanlının qohumudur.
DİN mətbuat xidmətindən, həmçinin E.Zahiroğlundan şərh almaq mümkün olmayıb.-06D-
-
- Bazarların icmalı
- 4 İyul 2017 10:33
Cəmiyyət
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- İqtisadiyyat,
- 13:04
- 135
Rəy yaz