Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
- Bank Respublika 20%-dən başlayan nağd kredit kampaniyasına start verir.
- Bank Respublika faizləri endirdi, şərtləri sadələşdirdi.
- Bank Respublika yeni sərfəli kredit kampaniyasına başlayır.
- Bank Respublika "Rahatlıqla Faydalan" adlı kredit kampaniyasına başlayır!
Vacib işlərin görülməsi və planlarınızı həyata keçirmək üçün təcili nağd pula ehtiyacınız var? Bank Respublika payız planlarınızı gerçəkləşdirmək üçün nağd pul krediti üzrə faiz dərəcələrini endirdi!
Oktyabrın 31-dək davam edəcək "Rahatlıqla Faydalan" kredit kampaniyası çərçivəsində banka müraciət edən bütün müştərilərə nağd pul krediti illik 20%- dən başlayan sərfəli şərtlərlə təklif olunacaq! Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq, 5 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.
Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 2459144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.
Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə aylıq kredit borclarını və istənilən digər ödənişlərini AvtoÖdəniş sisteminə qoşularaq rahat şəraitdə həyata keçirə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz