![ATƏT DTİHB forumunda Azərbaycanda insan hüquqlarının müzakirəsi](https://turan.az/resized/media/2018/main/091700013264-750-500-resize.webp)
ATƏT DTİHB forumunda Azərbaycanda insan hüquqlarının müzakirəsi
Bakı/17.09.18/Turan: Bu gün Varşavada ATƏT DTİHB-nin insan hüquqlarının ölçülməsi üzrə konfransı çərçivəsində Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətlə bağlı paralel dinləmələr keçiriləcək. Tədbirin təşkilatçısı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).
Azərbaycan insan hüquqlarının pozulması ilə bağlı uzun və uğursuz tarixə malikdir. Vətəndaş cəmiyyəti məkanının daraldılmasının davam etməsi 2014-cü ildə bir neçə milli və Azərbaycanda yerləşən beynəlxlaq QHT-nin müxtəlif ittihamlarla cinayət təqiblərinə məruz qaldığı zaman bu məkanın ciddi şəkildə daralmasına gətirib çıxardı.
Problemlər bu gün də davam edir, belə ki, bu təşkilatların bəziləri ölkə daxilində fəaliyyətlərinin həyata keçirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan hakimiyyəti dəfələrlə fundamental azadlıqlara etinasızlıq nümayiş etdirib, RATİ rəhbəri Emin Hüseynov belə hesab edir.
Ondan başqa tədbirdə Polşanın "Uniya" Fondunun rəhbəri və "Şərq Tərəfdaşlığı" vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsinin sədri Kşiştof Bobinski və Avropa Şurasının QHT Konfransının prezidenti Anna Rurka məruzəçi olacaq. -06D-
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz