Əfqan Muxtarlı
Əfqan Muxtarlının apellyasiya şikayətləri təmin edilməyib
Bakı/21.08.17/Turan: Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə jurnalist Əfqan Muxtarlının qanuni maraq kəsb edən insanlarla və qohumları ilə görüşünə icazə verilməməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Jurnalist Əfqan Muxtarlı bildirib ki, mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhəddi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Əfqan Muxtarlı ittihamları rədd edir.
Jurnalist iki ildir ki, Gürcüstanda yaşayırdı.
Vəkilin sözlərinə görə, Əfqan Muxtarlı məhkəmədə bildirib ki, həbsi siyasi sifarişdir.
Vəkil Elçin Sadıqov bu gün Apellyasiya Məhkəməsindəki baxışla bağlı Facebook səhifəsində yaydığı video müraciətində deyir ki, şikayətə baxılarkən hakimlər əvvəlcədən münasibət bildiriblər.
"Bildirdilər ki, guya qanunvericilikdə maraq kəsb edən insanlar dedikdə mülki işlərdə olan qarşı tərəflər başa düşülür. Hazırda müraciət edən şəxslər qanuni maraq kəsb edən insanlar ola bilməz. Əlavə olaraq bildirdi ki, qohumları öz görüşünü başqasına etibar edə bilməz", - vəkil qeyd edib.
Bu zaman müdafiə tərəfi məhkəməyə etiraz edib.
"Bildirdik ki, məhkəmə qabaqcadan öz qərarını elan edir və məhkəmə tərkibinə etiraz etdik. Vəsatət təmin edilmədi. Biz Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş etdik.
Halbuki, qanunvericilikdə göstərilir ki, saxlanılan şəxs qanunu maraq kəsb edən insanlarla telefonla əlaqə saxlaya bilər və onlarla görüşə bilər. Biz bildirdik ki, yalnız mülki işlərdə deyil, ümumiyyətlə, saxlanılan şəxslərin hüququnu müdafiə edən şəxs qanuni maraq kəsb edən şəxs hesab olunur", - vəkil bildirib.
Vəkil 1 saylı Bakı İstintaq Təcridxanasının məsuliyyətli şəxslərinin məhkəməyə cəlb olunması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Beləliklə, hakim Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sonra Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə 5 iyun 2017-ci ildə vəkil Elçin Sadıqovun Əfqan Muxtarlı ilə görüşünə icazə verilməməsi barədə şikayətə baxılıb. Məhkəmə vəsatətləri təmin etməyib və qərarı qüvvədə saxlayıb.
Vəkil hər iki məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.
E.Sadıqov eyni zamanda müdafiə tərəfinin Əfqan Muxtarlı ilə görüşlə bağlı müraciətlərini davam etdirəcəyini deyib.
O, jurnalistin sağlamlıq durumundan da danışıb: "Əfqan Muixtarlının salamı var. Onu və ifadə azadlığını müdafiə etdiyinizə görə təşəkkür edir. Şəkəri yüksəkdir. Məhkəmədə də şəkəri kəskin düşmüşdü. Səhhətində problemlər qalır və müalicəsi üçün şərait yaradılmır".
-
- Maliyyə
- 21 Avqust 2017 14:19
-
- Söz istəyirəm
- 21 Avqust 2017 14:42
Cəmiyyət
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
Rəy yaz