Arxiv
- Söz istəyirəm
- 21 Avqust 2017, 14:42
- 69
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev
Hörmətli Cənab Prezident,
Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri adından Sizə müraciət edərək qiymətli vaxtınızı "Turan" İnformasiya Agentliyi ilə bağlı məsələyə cəlb etmək istəyirik. "Turan" İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis edilən, keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir.
"Turan" İA ölkəmizdə siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman mövzularında xəbərlər hazrlamaq ilə yanaşı Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlanmasında xüsusi rola malikdir.
Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri - Reuters, France Press, BBC, CNN və yüzlərlə media qrumları, rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və məşhur yerli işguzar dairələr "Turan" İA məlumatlarının və bülletenlərinin oxucusudur.
Hörmətli cənab Prezident,
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan" İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarı əsasında yoxlamalara başlamışdır. Vergi əməkdaşları avqustun 16-da "Turan" İA ofisində axtarış aparıb, 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini götürüblər. Bununla yanaşı isə vergi əməkdaşları 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu dövrə aid olan bütün sənədləri təqdim etmələrini tələb ediblər.
Sizin səyləriniz nəticəsində Azərbaycanda mətbuat işçilərinin sosial problemlərinin həll olunması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü hüquq müdafiəçiləri kimi yüksək dəyərləndiririk. Yaxşı xatırlayırıq ki, Sizin təşəbbüsünüz ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanuna əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Buna baxmayaraq vergi orqanları tərəfindən Azərbaycanda ən nüfuzlu agentlikdə yoxlamalara başlanması və faktiki fəaliyyət üçün manelərin yaranmasına diqqətinizi çəkmək istəyirik.
Bütün bunları nəzərə alaraq hüquq müdafiəçiləri adından Sizdən rica edirik ki, "Turan" İA üçün normal iş şəraitinin yaradılması və əlavə vergi yoxlamalarının aparılması ilə bağlı prosesi nəzarətə götürəsiniz. "Turan" İA kimi təcrübəli bir agentliyin vergi orqanları tərəfindən əlavə yoxlamalar ilə işinə mane olunmasının qarşısını almaq üçün müdaxilə edəsiniz.
Hörmətlə,
Hüquq müdafiəçiləri:
Novella Cəfərova
Səidə Qocamanlı
Səadət Bənənyarlı
Mirvari Qəhrəmanlı
Arzu Abdullayeva
Əvəz Həsənov
-
- Cəmiyyət
- 21 Avqust 2017 14:22
Söz istəyirəm
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
-
2025-ci ilin qarşılandığı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildiyi müddətdə səfir Libby-nin bu mesajını sizinlə paylaşmaqdan məmnunuq.
-
Tanınmış hüquqşünas və media eksperti Ələsgər Məmmədli 2024-cü ilin mart ayından bəri saxlanıldığı həbsxanadan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə vətəndaşlara müraciət edib. Valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan Məmmədli bu ittihamları rədd edib və beynəlxalq media və insan hüquqları təşkilatları ittihamları siyasi motivli adlandırıb.
Rəy yaz