Arxiv
- Söz istəyirəm
- 21 Avqust 2017, 14:44
- 114
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva
Hörmətli Mehriban xanım,
Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri adından Sizə müraciət edərək qiymətli vaxtınızı "Turan" İnformasiya Agentliyi ilə bağlı məsələyə cəlb etmək istəyirik. "Turan" İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis edilən, keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir. Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri - Reuters, France Press, BBC, CNN və yüzlərlə media qrumları, rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və məşhur yerli işguzar dairələr "Turan" İA məlumatlarının və bülletenlərinin oxucusudur.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan" İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında 7 avqust tarixli qərarı əsasında yoxlamalara başlamışdır. Vergi əməkdaşları avqustun 16-da "Turan" İA ofisində axtarış aparıb, 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini götürüblər. Bununla yanaşı isə vergi əməkdaşları 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu dövrə aid olan bütün sənədləri təqdim etmələrini tələb ediblər.
"Turan" İA son illərdə Sizin sayənizdə aparılan humanitar fəaliyyətin, mədəniyyət və təhsil sahəsində görülən işlərin işıqlandırılnması və dünya ictimaiyyətinə çatdırılmasında digər informasiya agentlikləri ilə bərabər xüsusi fəallıq göstərmişdir. Xüsusən də Sizin Birinci Vitse-Prezident təyin olunmanızdan sonra ölkədə başlanan və bundan sonra da davam etdfiriləcək mədəni, iqtisadi və siyasi islahatların pozitiv olaraq təhlil olunmasında "Turan" İA-nın böyük rolu vardır.
Hörmətli Mehriban xanım,
Bu gün "Turan" İA vergi orqanlarının müdaxilələrindən sonra özünün normal iş ahəngini itirmişdir. Bunu nəzərə alaraq hüquq müdafiəçiləri adından Sizdən rica edirik ki, "Turan" İA vergi orqanları tərəfindən əlavə olaraq yoxlamaların aparılmasının qarşısının alınması üçün öz nüfuzunuzdan istifadə edəsiniz. Azərbaycanda dəyərli təhlilləri ilə bütün beynəlxalq aləmdə tanınmış agentliyin işinə normal şəraitin yaradılması üçün öz mərhəmətinizi əsirgəməyəsiniz.
Hörmətlə,
Hüquq müdafiəçiləri:
Novella Cəfərova
Səidə Qocamanlı
Səadət Bənənyarlı
Mirvari Qəhrəmanlı
Arzu Abdullayeva
Əvəz Həsənov
-
- Söz istəyirəm
- 21 Avqust 2017 14:42
-
- Cəmiyyət
- 21 Avqust 2017 14:53
Söz istəyirəm
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
-
2025-ci ilin qarşılandığı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildiyi müddətdə səfir Libby-nin bu mesajını sizinlə paylaşmaqdan məmnunuq.
-
Tanınmış hüquqşünas və media eksperti Ələsgər Məmmədli 2024-cü ilin mart ayından bəri saxlanıldığı həbsxanadan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə vətəndaşlara müraciət edib. Valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan Məmmədli bu ittihamları rədd edib və beynəlxalq media və insan hüquqları təşkilatları ittihamları siyasi motivli adlandırıb.
Rəy yaz