Ilk zəvvar dəstəsi avqustun 24-də yola düşür
Bakı/21.08.17/Turan: Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarların ziyarətə yoladüşmə tarixləri açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, iki qrup olmaqla ilk zəvvar dəstəsi avqustun 24-də yola düşür.
Digər zəvvar qrupları avqustun 25-26-da ziyarətə Səudiyyə Ərəbistanına yola salınacaqlar.
Zəvvarların ziyarətdən qayıdışı sentyabrın 12-nə nəzərdə tutulur,
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər ziyarətçinin getməsi gözlənilir. Ziyarətə gedişin qiyməti təyyarə ilə bir zəvvar üçün 3580 dollaradır.
Zəvvarların Azərbaycandan Səudiyyəyə gedişləri Suriya müharibəsinə qədər
Suriya ərazisindən keçməklə avtobusla da həyata keçirilirdi. 2011-ci ildən bu yana Həcc ziyarəti Azərbaycandan ancaq təyyarə ilə həyata keçirilir.
Xatırladaq ki, Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il sentyabrın 1-2-nə təsadüf edir.
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
Rəy yaz