Arxiv
Hüquq müdafiəçiləri ölkə rəhbərliyini Turan agentliyini müdafiə etməyə çağırırlar
Bakı/21.08.17/Turan: Bir qrup azərbaycanlı hüquq müdafiəçisi Vergilər Nazirliyinin Turan İnformasiya Agentliyinə qarşı başladığı cinayət işilə əlaqədar prezident İlham Əliyevə müraciət edib.
Müəlliflər xatırladırlar ki, Turan İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis edilən, keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir.
"Turan İA ölkəmizdə siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman mövzularında xəbərlər hazırlamaq ilə yanaşı Azərbaycanla bağlı analitik məqalələr və icmalların hazırlanmasında xüsusi rola malikdir.
Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri - Reuters, France Press, BBC, CNN və yüzlərlə media qurumı, rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və tanınmış yerli işguzar dairələr Turan İA-nın məlumatlarının və bülletenlərinin oxucusudur.
Avqustun 7-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətini yoxlamağa başlayıb.
Avqustun 16-da vergi əməkdaşları Turan-ın ofisində axtarış aparıb, 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini götürüblər. Bununla yanaşı vergi əməkdaşları 1 oktyabr 2010-cu ildən 1 avqust 2017-ci ilə qədərki dövr üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul edib. Bu dövrə aid olan bütün sənədləri təqdim etmələrini tələb ediblər.
Sənəd müəllifləri xatırladırlar ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanuna əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Buna baxmayaraq, vergi orqanları tərəfindən Azərbaycanda ən nüfuzlu agentlikdə yoxlamalara başlanması və faktiki fəaliyyət üçün maneələrin yaranmasına diqqətinizi çəkmək istəyirik.
"Bütün bunları nəzərə alaraq hüquq müdafiəçiləri adından sizdən rica edirik ki, Turan İA üçün normal iş şəraitinin yaradılması və əlavə vergi yoxlamalarının aparılması ilə bağlı prosesi nəzarətə götürəsiniz.
Turan İA kimi təcrübəli bir agentliyin vergi orqanları tərəfindən əlavə yoxlamalar ilə işinə mane olunmasının qarşısını almaq üçün müdaxilə edəsiniz", - müraciətdə deyilir. Müraciəti Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Əvəz Həsənov imzalayıblar.
Eyni zamanda qrup Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
Müəlliflər M.Əliyevanın dəstəyilə aparılan humanitar fəaliyyətin, mədəniyyət və təhsil sahəsində görülən işlərin işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılmasında digər informasiya agentlikləri ilə bərabər Turan İnformasiya Agentliyinin fəallıq göstərdiyini qeyd edib.
"Sizin birinci vitse-prezident təyin olunmanızdan sonra ölkədə başlanan və bundan sonra da davam etdiriləcək mədəni, iqtisadi və siyasi islahatların pozitiv olaraq təhlil olunmasında Turan-nın böyük rolu var.
Bu gün Turan İA vergi orqanlarının müdaxilələrindən sonra özünün normal iş ahəngini itiibr. Bunu nəzərə alaraq, hüquq müdafiəçiləri adından sizdən rica edirik ki, Turan İA-da vergi orqanları tərəfindən əlavə olaraq yoxlamaların aparılmasının qarşısının alınması üçün öz nüfuzunuzdan istifadə edəsiniz. Azərbaycanda dəyərli təhlilləri ilə bütün beynəlxalq aləmdə tanınmış agentliyin işinə normal şəraitin yaradılması üçün öz səyləriniz əsirgəməyəsiniz", - müraciətdə bildirilir. -06D--
-
- Cəmiyyət
- 21 Avqust 2017 14:53
Söz istəyirəm
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
-
2025-ci ilin qarşılandığı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildiyi müddətdə səfir Libby-nin bu mesajını sizinlə paylaşmaqdan məmnunuq.
-
Tanınmış hüquqşünas və media eksperti Ələsgər Məmmədli 2024-cü ilin mart ayından bəri saxlanıldığı həbsxanadan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə vətəndaşlara müraciət edib. Valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan Məmmədli bu ittihamları rədd edib və beynəlxalq media və insan hüquqları təşkilatları ittihamları siyasi motivli adlandırıb.
Rəy yaz