Gözəl Bayramlı
Təcridxana rəisi: Gözəl Bayramlının səhhəti narahatlıq doğurmur
Bakı/19.08.17/Turan: "Gözəl Bayramlının səhhəti ciddi narahatlıq doğurmur, o, həkim nəzarətindədir, simptomatik təyinatlar icra edilir".
Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavini G.Bayramlının vəkillərinə göndərdiyi məktubda belə deyilir. Bu haqda AzadlıqRadiosuna siyasətçinin vəkillərindən Elçin Sadıqov bildirib.
Vəkilləri G.Bayramlının sağlıq durumunda ciddi problemlərin olmasından dolayı, təcridxana rəhbərliyinə müraciət etmişdilər. Onlar siyasətçinin sağlıq durumundakı problemlərin çözülməsi üçün gərəkli addımların atılmasını istəyirdilər.
Bakı İstintaq Təcridxanasının rəisi məktubunda qeyd edir ki, G.Bayramlı təcridxanaya gətirilərkən tibbi müayinədən keçirilib. O, ilkin tibbi müayinə zamanı səhhəti ilə bağlı şikayət etməyib. 2014-cü ildə çənə artrozuna görə əməliyyat keçirdiyini, qaxanabənzər vəzinin funksiyasının pozulmasına görə, azadlıqda olarkən müalicə aldığını bildirib. Ancaq təsdiqedici sənəd təqdim etməyib.
"Gözəl Bayramlıya qanın ümumi, biokimyəvi analizləri, rentgen və USM müayinələr həyata keçirilib. Nəticədə müalicə tələb edən patoloji dəyişiklik müəyyən edilməyib", rəis yazıb.
Məktubda vurğulanır ki, vəkilərinin müraciətindən sonra G.Bayramlı təkrar müayinə olunub.
"G.Bayramlı yenidən təcridxananın tibb-sanitar hissəsində klinik, laborator və instrumental müayinələrdən keçirilib. Travmatoloq, terapevt tərəfindən konsultasiya edilib. Nəticədə G.Bayramlının laborator analizlərinin, qalxanvari vəzinin fəaliyyətinin göstəricilərinin norma civarında olduğu, mədəsində kəskin iltihab əlamətlərinin olmadığı, hərəkətinin məhdudlaşmadığı, çeynəmə və danışığında maneə olmadığı müəyyən edilib. Gözəl Bayramlı əməkdaşımızla söhbətində tibbi xidmətdən narazı olmadığını bildirib. Ona bildirilib ki, barəsində olan tibbi sənədləri təqdim etməsi vacibdir", təcridxana rəisinin vəkillərə ünvanlanan məktubunda qeyd edilib.
G.Bayramlı həbs ediləndən bu yana vəkilləri onun səhhətində ciddi problemlərin olması, hərəkət etməkdə belə çətinlik çəkməsi barədə açıqlamalar veriblər. G.Bayramlı iştirak etdiyi məhkəmə proseslərində də dəfələrlə sağlıq problemi yaşadığını dilə gətirib.
Bir neçə gün əvvəl o, təcridxanada yıxıldığını, hərəkət etməkdə zorlandığını, ancaq əsa verilmədiyini bildirmişdi.
Bir müddət öncə isə AXCP-nin bir qrup fəalı Gözəl Bayramlının səhhətinə diqqət çəkmək məqsədi ilə hətta Ədliyyə Nazirliyinin önünə yürüş də etmişdilər. Onda AXCP-nin 10-a yaxın üzvü tutulub, sonra da buraxılsalar da Ədliyyə Nazirliyi məsələyə hər-hansı münasibət bildirməmişdi.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", - deyə məlumatda vurğulanırdı.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub. --0-
Cəmiyyət
-
"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
Rəy yaz