Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə "Uşaq Qaynar Xətt" xidmətinin istifadəsinə verilən 116-111 qısa nömrəsinin təqdimatı keçirilib
"Azercell Telekom" MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, "Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində "Four Seasons" otelində "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən məruzəçilər "Azərbaycanda psixi sağlamlıq xidmətləri", "Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi" , "Uşaq təhsil müəssisələrində psixi sağlamlığın təşviqi və mühafizəsinə yanaşmalar", "Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar" və digər gündəmdə olan məsələlərə toxunublar. Tədbirdə Azercell-in təşəbbüsü ilə "Uşaq Qaynar Xətt" xidmətinin yeni istifadəyə verilən 116-111 qısa nömrəsinin təqdimatı da baş tutub. Vurğulayaq ki, Azercell müasir dövrdə yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığını həssas məsələ hesab edir. Çətin durumda olan, yardıma ehtiyac duyan insanların köməyinə çatan "Uşaq Qaynar Xətt" xidməti şirkətin dəstəklədiyi önəmli layihələr sırasındadır. Öz fəaliyyətində bir sıra sosial layihələri həyata keçirən Azercell, onların texnoloji cəhətdən təkmilləşməsinə də xüsusi diqqət ayırır. Şirkətin təşəbbüsü ilə 2017-ci ildə "Uşaq Qaynar Xətt" xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Bununla da, "Uşaq Qaynar Xətt" xidmətinin dünyanın istənilən nöqtəsində əlçatan olması təmin edilib. Qısa nömrə sayəsində isə dəstəyə ehtiyacı olan gənclər daha rahat qaynar xəttin əməkdaşları ilə əlaqə quraraq, onları narahat edən məsələ ilə bağlı bölüşə və məsləhət ala biləcəklər.
Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 9 il ərzində "Uşaq Qaynar Xətt" xidmətinə 38 000-dən çox müraciət daxil olub. Azercell-in dəstəyi, "Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri ilə günün istənilən saatında xidmətə müraciət etmək mümkündür.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®
Rəy yaz