15 sentyabr tarixi Paytaxt Günü kimi qeyd edilməlidir
Bakı/13.09.18/Turan: 100 il əvvəl Bakının türk ordusu tərəfindən azad edilməsi dünya tarixində nadir hadisənin - ümumtürk həmrəyliyinin təzahürünün nəticəsi idi.
Bu fikri Turan agentliyinin "Çətin sual" verilişinə müsahibəsində tarix üzrə fəlsəfə elmləri doktoru Natiq Məmmədli bildirib.
Onun fikrincə, 15 sentyabr 1918-ci il hadisələri Azərbaycan dövlətçiliyi tarixində ən parlaq səhifələrdən biridir və paytaxt günü kimi qeyd edilməlidir.
Bakını azad edənlərin xatirəsi nə dərəcədə əbədiləşdirilib? Bu suala cavabda Məmmədli deyib ki, türk hərbçilərinin abidəsi azərbaycanlıların yaddaşında əbədiləşib.
"100 il keçib, biz bu tarixi günü parlaq şəxsiyyətləri yad edək qeyd edirik. Onların adları bizim ürəklərimizdə, genetik yaddaşımızda əbədiləşib. Amma onları təkcə mənəvi olaraq deyil, maddi olaraq da əbədiləşdirmək lazımdır", deyə Məmmədli bildirib.
29 yaşlı Nuru paşanın komandanlıq istedadı sayəsində türk qoşunu Qaraməryəmdən (Göyçay rayonu) Bakıya qədər zəfər qazanıb. Qəhrəman türk hərbçilərinin qanı bahasına şəhər azad edilib və onların xatirəsi lazımi səviyyədə əbədiləşdirilməlidir.
Bakının bolşeviklərdən və daşnaqlardan azad edilməsi Qafqaz İslam Ordusunun qəhrəmanlığı, eləcə də Osmanlı hökuməti ilə danışıqlar aparan Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin diplomatik səyləri sayəsində mümkün olub.
"Azərbaycan Xalq Cumhuriyyətinin baniləri məhz həmin anda Bakının azad edilməsinə nail ola bilməsəydilər, Birinci Dünya Müharibəsi fonunda bunu etmək mümkün olmazdı", deyə Məmmədli qeyd edib. -06D-
-
- Sual-cavab
- 13 Sentyabr 2018 14:04
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz