Reinteqrasiya planı Qarabağ erməniləri üçün cəlbedicidirmi? – Arif Yunus Çətin sualda
Bakı/03.10.23/Turan: Oktyabrın 2-də Azərbaycan hökuməti reinteqrasiyaya dair hazırladığı planı açıqlayıb.
Planda qeyd edilir ki, etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Reinteqrasiya tədbirləri planı bir neçə blokdan ibarətdir. Əsasən, "Hüquqi və inzibati sahə" bölməsi üzrə qeyd olunur ki, erməni sakinlərin yaşadığı ərazilərdə idarəçilik Azərbaycan prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Yerli sakinlər xüsusi nümayəndəliklərdə işə cəlb edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq seçkilər vasitəsilə yerli sakinlərin təmsilçilik orqanları - bələdiyyələr yaradılır.Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq prosedurlar əsasında həll edilir.
"Təhlükəsizlik sahəsi" bölməsi üzrə tərk-silah və tərxis prosesi, silahların yığılması prosesi nəzərdə tutulur. Azərbaycan daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.
"İqtisadi sahə" bölməsində təhsilə, səhiyyəyə, kommunal xidmətlərə, rabitə və digər xidmətlərə çıxış məsələləri öz əksini tapıb.
Vergi və gömrük güzəştləri daxil olmaqla, stimullaşdırıcı tədbirlər paketi tətbiq olunur.
Azərbaycan milli valyutasının tam tədavülə keçməsi təmin edilir. Güzəştli kreditlər, subsidiyalar, sahibkarlıq subyektlərinin maliyyəyə çıxışı təmin edilir. Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisindən başqa bütün vergilərdən azaddır.
Mülkiyyət məsələləri Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir.
"Sosial sahə" bölməsində qeyd olunur ki, sakinlərə güzəştlər tətbiq edilir və bütün əhali üçün məşğulluq proqramları həyata keçirilir.
"Mədəniyyət, təhsil və din sahəsi" bölməsində sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.
Erməni dilindən istifadəyə imkan yaradılır.
Konfliktoloq Arif Yunus Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- İqtisadiyyat
- 3 Oktyabr 2023 17:42
Çətin sual
-
Donald Trampın ABŞ Prezidenti vəzifəsinə yenidən seçilməsinə nə səbəb oldu? Onun idarəçiliyi iki ölkə arasındakı əlaqələrə necə təsir edəcək? ABŞ siyasətində Azərbaycanda insan hüquqları və demokratiya məsələləri hansı yer tutacaq?
-
Noyabrın 11-dən Bakıda COP29 tədbiri keçirilir.
-
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? Azərbaycandakı insan haqları, demokratiya məsələləri ABŞ siyasətində hansı yeri tutacaq?
-
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə keçmiş prezident Donald Tramp irəlidədir. Tramp özü də ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsinə Amerikadan baxış – Aleks Raufoğlu Çətin sualda
Xəbər lenti
-
- Dünyada,
- 13:17
- 318
Rəy yaz