Dövlət kapitalizmi  yoxsa?

FETÖ-nün 15 iyul 2016-cı ildəki   həbi çevriliş cəhdindən 40  gün sonra Türkiyə silahlı qüvvələri Rusiyanın  razılığını alaraq Suriya sərhədinin o biri tərəfinə  keçdi.

”Fərat qalxanı”   adlandırılan bu hərbi əməliyyatın məqsədi Türkiyənin cənub-qərb, Suriyanın isə şimal-qərb sərhədlərində yaradılmaq istənilən kürd muxtariyyətinin qabağını almaq idi və Türkiyə buna Suriyanın  şimal şərqində də nail olaraq    911 kilometrlik sərhədi öz nəzarətinə aldı.

Əməliyyatın başlamasından iki gün sonra isə Türkiyədə başqa bir mühüm hadisə yaşandı: ölkənin   böyük dövlət şirkətlərinin və banklarının hamısı eyni çətir altında toplanaraq  Varlıq Fondu yaradıldı.

Diqqət buyurun, lütfən: ölkədə fövqəladə vəziyyət var,sərhədin o tərəfinə  təşkil edilən  ölüm-dirim   mahiyyətli  hərbi əməliyyatın başlamasından 2 gün sonra dövlətin bütün böyük şirkət və bankları eyni çətir altında toplanlıır.

Hamının  təəccübünə səbəb olan bu addım “Yoxsa Xəzinənin  təminat məktubları ilə kredit almaq artıq mümkün deyil? Varlıq Fondunun yaradılmasına bundan başqa nə səbəb ola bilərdi?”- suallarıyla şübhə altına alınmışdı.

Həqiqətən də özünün dövlət ənənələrinə bir çox sahədə riayət edən Türkiyə Cümhuriyyətinin  xaricdən kredit axtararkən ən etibarlı təminatı    Xəzinəsi olmuşdu.Varlıq Fondu  sanki Xəzinədən  də səlahiyyətli  bir qurum kimi meydana çıxırdı.

Deyəsən, elə düşünülmüşdü ki,iqtidar tərəfindən ümumi dəyəri 200 milyard dollar  olaraq müəyyənləşdirilən Varlıq Fondu yaradılan kimi onun adı Türkiyə üçün  əcnəbi kredit krantlarının avtomatik şəkildə açılmasına səbəb olacaq. Ona görə də işin əvvəlində  kreditlər üçün qapılar döyüləndə   pul tələb edilən tərəflərlə   bir az saymazyana davranıldı; necə olsa da 200 milyard dollarlıq Fondun adının kifayət edəcəyi düşünülmüşdü.

Ancaq “evdəki  hesab bazara uyğun gəlmədi” və Varlıq Fondunun rəhbərliyi 2 dəfə dəyişdirildi. 24 iyun 2018-ci ildə Türkiyə tamamilə prezident üsuli-idarəsinə keçəndən sonra ölkə prezidenti Erdoğan həm də Varlıq Fondunun prezidenti oldu, cənab Erdoğanın kürəkəni, maliyyə və xəzinə naziri Berat Albayrak isə  onun müavini.

Yaxşı, ölkə prezdeintinin həm də ölkənin bütün varidatının toplandığı Varlıq Fondunua da başçılıq etməsi  ölkənin  kredit alma imkanlarını artırdımı?  Təəssüf ki, yox2018-ci ilin payızından üzübəri cərəyan edən proseslər göstərdi ki, əksəriyyəti gəlirlə işləyən (Çay şirkətinin zərərlə işləməsinin səbəbi son illərdəki seçki və referendum kampaniyaları dönəmlərində  iqtidar partiyasının  təbliğatında külli miqdarda pulsuz   quru çay paylanması  idi) və Varlıq Fondu çətiri altında toplanan bu şirkətlərin varlığını təminat göstərərk kredit kanallarını açmaq mümkün olmadı.

Katarın “isti pulu”   və yüksək devalvasiya şərtiylə açdığı swap   xətti olmasaydı,iqtisadiyyatın  bu  günkü mənzərəsinin  necə olacağını heç kim təxmin edə bilməyəcəkdi.

Dövlət başçısı və lideri olduğu iqtidar partiyası Varlıq Fondundan   öz tərəfdarlarının iqtisadi maraqlarını təmin  etmək məqsədiylə istifadə etdilər. Yəni,Fond yaradıldığı məqsədə xidmət edə bilmədi,əcnəbi kreditorlar  onun varlığına güvənmədilər.

Əslində Türkiyə  hökumətinin   “Varlıq Fondu” yaradaraq iqtisadiyyatdakı problemləri  həll   etməyi düşünməsi işin əvvəlindən özülü düz qoyulmayan  bir cəhd idi. Çünki “fondlar”  təbii sərvətlərlə zəngin olan ölkələrdə yaradılır, sərvətlərdən gələn pullar yeni investisiyalara yönəldirilməyəndə və ya kredit almaq üçün istifadə edilməyəndə “fond”un hesabında qalıb daha da artır. Bu, gələcək nəsillərin haqqıdır,təbii sərvətlərin tükənməsi halında ölkənin gələcək nəsillərinin də o sərvətdən yığılmış pullardan istifadə etmə haqqı olmalıdır.Təbii sərvətləri olmadan öz iqtisadiyyatını inkişaf etdirməyə çalışan Türkiyənin iri dövlət şirkət və banklarını eyni çətir altında toplayaraq kredit almağa  çalışmasının uğurla nəticələnməyəcəyi əvvəlcədən məlum idi.

Bəs Azərbaycanın bu cəhdini necə dəyərləndirməli? 2007-ci ildə o vaxtkı iqtisadiyyat naziri Heydər Babayevin başında durduğu 90 milyon dollar sərmayəli  Dövlət investisiya şirkəti yaradılanda tənqid etmişdim.Gələn son xəbərlərə görə, yeni bir dövlət investisiya şirkəti yaradılıb.

13   il əvvəlki şirkətin gördüyü (və ya görmədiyi) işlər barədə heç bir məlumat yox ikən dövlətin yenidən investisiyalara həvəslənməsini necə izah etməli? Deyək ki, ARDNŞ  özü birbaşa kredit tapa bilmirsə və Azərbaycan dövlətinin təminat məktubuyla da o kredit verilmirsə,ARDNŞ-i  başqa şirkətlərlə eyni çətirin altında gətirəndə kredit almaq mümükn olacaqmı?

Yadıma  gəlir ki,2012-ci ilin fevralıdan Rövnəq Abdullayev İstanbulda “Bazara çıxardığımız Eurobondlara  30 dəqiqədə 500 milyon Euro təklif gəldi.Ancaq satmaq istəmirik,satmayacağıq çünki heç vaxt ehtiyacımız olmayacaq”- demişdi.

Yoxsa indi ARDNŞ  “Junk bond”  bazarından da kredit tapa bilmir?

Mayis Əlizadə

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti