2014-cü ildə DSMF gəlirləri və xərcləri bu ilkindən 300 mln manat çox olacaq
2014-cü ildə DSMF gəlirləri və xərcləri bu ilki proqnozdan 300 mln manat çox olacaq.
Parlament bu rəqəmi DSMF gəlirləri 2 milyard 928 milyon manat səviyyəsində təsdiq edib. Gəlirlər 3 əsas mənbədən olacaq: icbari dövlət sosial sığorta haqları, ARDNF-dən transfertlər, başqa mənbələr. Gəlirlərin 60,8%-i və ya 1 784 mln manatını sosial sığorta haqları təşkil edəcək. Bunun 1 mlrd 120 mln özəl, 660,4 mln dövlət sektorunun payına düşür. ARDNF-dən transfertlər 1 mlrd 142 mln manat (+6%), başqa gəlirlər 6,1 mln manat olacaq.
DSMF-nin sədr müavini Elman Mehdiyev deyib ki, gələn il pensiyaçı sayı 1 mln 208 min nəfər olacaq. Bu, 13 noyabr göstəricisindən 66 min azdır.
Orta pensiya 183 manat təşkil edəcək. Xərclər strukturunda 2 mlrd 861,8 mln manat və ya 97,7% əhaliyə pensiya ödənişi xərcləri (artım 11,3%), 2 mlrd 788,6 mln manat pensiya ödənişi (artım 11,5%), 73,2 mln manat müavinətlər olacaq.
19,3 mln manat bank xidməti, 25,5 mln DSMF-ni saxlamaq üçün ayrılacaq. --17D—
-
- Siyasət
- 15 Noyabr 2013 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz