2016-cı ilin yanvar-mayında Azəri-Çıraq-Günəşli blokundan mənfəət neftinin satışından Neft Fonduna mədaxil $1 mlrd 801 mln olub.
«2001-ci ildən 1 iyun 2016-cı ilə kimi AÇG blokundan mənfəət neftinin satışından ARDNF-yə mədaxil $118 mlrd 869 mln olub», – deyə Fond bildirir.
s2016-cı ildə AÇG-dən ARDNF-yə aylıq mədaxil
|
aylar |
Dövlətin AÇG-dən mənfəəti (mln $) |
Orta qiymət BTC FOB Ceyhan ( $/barr) |
|
Yanvar |
442 |
32,33 |
|
Fevral |
348 |
33,43 |
|
Mart |
347 |
39,80 |
|
Aprel |
356 |
43,02 |
|
May |
308 |
48,11 |
|
Cəmi |
1801 |
39,34 |
Cədvəldən göründüyü kimi, ilin əvvəlindən hər ay ixrac neftinin qiyməti artıb, amma Dondun AÇG-dən gəlirləri (aprel istisna) azalıb. Mayda dövlətin mənfəəti $308 mln olub. Bu, yanvardakından 30,3% və ya $134 mln azdır. Haülbuki 1 barrelin orta ixrac qiymətində fərq $16-dır. Demək, II rübdə AÇG-də hasilat həcmi azalıb.
I rübdə sutkalıq hasilat 651 min barrel olub. Bəzi məlumatlara görə, IV rübdə bu göstərici 620 min barrelə düşəcək.
Əvvəllər məlumat verildiyi kimi, 2015-ci ildə ARDNF-nin AÇG blokundan mənfəət neftinin satışından gəlirləri $6,9 mlrd olub. Ötən il Azərbaycan neftinin orta ixrac qiyməti $53 təşkil edib.
Qeyd edək ki, ARDNF-nin AÇG blokundan gəlirlərinin piki 2011-ci ildə olub – ayda $1,6 mlrd. 2015-ci ildə bu göstərici $580 mln-a düşüb.
* AÇG bloku üzrə saziş 20 sentyabr 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları bunlardır: BP (35,78%), Chevron – 11,27%, ExxonMobil (8,0006%), ONGC Videsh Limited (2,72%), Inpex (10,96%), Itochu (4,3%), SOCAR (11,65%), Statoil (8,56%), TPAO (6,75%). –12A--
Rəy yaz