Azərbaycan turistlərin sayılmasının yeni sistemini tətbiq etməyi planlaşdırır
Bakı/12.09.18/Turan: 2017-ci il üzrə Ümumdünya Turizm Təşkilatının hesabatına görə, Azərbaycana 2 milyon 454 min turist gəlib. Bu, 2016-cı ildəkindən 0,4% çoxdur.
Eyni hesabata görə, ölkənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 012 milyon dollara çatıb və bu, 2016-ci ildəkindən 0,6 faiz çoxdur.
Buna baxmayaraq, yerli statistik rəqəmlər dünya statistikasından kəskin şəkildə fərqlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanı 2 milyon 969 min, 2016-cı ildə 2 milyon 248 min əcnəbi ziyarət edib.
Turizm sahələrindəki mənbələrə görə, 2017-ci ildə əcnəbilər 3 milyard 100 milyon manat, 2016-cı ildə isə 2 milyard 700 milyon manat xərcləyiblər.
Fikrimizcə, belə bir fərq Ümumdünya Turizm Təşkilatının eyni rəqəmi manatla yox, dollarla göstərməsi səbəbindən baş verib.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə Turan-a müsahibəsində qeyd edib ki, ölkənin ÜDM-in strukturunda turizm gəlirlərinin əlavə dəyərinin nəzərə alınması daha düzgün olardı.
Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə turizm gəlirlərinin əlavə dəyəri ÜDM-in 4,6% -ni təşkil edir.
Eyni zamanda, o, gələn turistlərin sayılması üçün yeni bir sistem tətbiq etmək üzrə Azərbaycanda iş aparıldığını qeyd edib.
"Məsələn, 2017-ci ildə statistikaya görə ölkəyə 2 milyon 700 min adam ziyarət edildi. Biz hesab edirik ki, bu rəqəmdən 2 milyon 450 min nəfərin ölkəyə turist marağı var".
O qeyd edib ki, hazırda Azərbaycan dünya standartlarına uyğun turist sayını hesablayır. Ona əsasən, ölkənin sərhədini keçən və ölkədə 24 saat keçirən hər bir şəxs turist sayılır.
Lakin, onun fikrincə, bu statistikalar Rusiya və ya Gürcüstandan olan turistlər üzrə yanlış ola bilər.
"Turistlərin ümumi sayının 30%-i Rusiya vətəndaşlarıdır. Ancaq nəzərə alınmalıdır ki, Rusiyanın vətəndaşları arasında qohumlarının yanına gələn azərbaycanlılar var və buna görə turist xidmətlərindən istifadə etmirlər və ÜDM-də əlavə turizm xərclərinin formalaşmasına kömək etməyəcəklər ".
Onun sözlərinə görə, turizmin mehmanxanada qalmaq, turizm yerlərinə səfər, restoranlarda yeməkkimi birbaşa əlavə dəyəri ilə yanaşı, dolayı olanlar daha böyükdür.
"Hazırda biz yeni bir strategiya üzərində işləyirik ki, bununla da turistlərin dəqiq hesablanması sistemini tətbiq edəcəyik. Bunun üçün yerli və xarici mütəxəssislər cəlb edilib. Əsasməsələ budur ki, hansı rəqəmləri əsas götürməliyik?
K.Quluzadə qeyd edib ki, iş yekun mərhələdədir və yaxın vaxtlarda Bakının və Azərbaycanın yeni turizm brendi təqdim olunacaq və bu da turizm strategiyasına daxildir.
Onun sözlərinə görə, müəyyən turist xidmətləri növü və konkret ölkələr üçün həm strategiya planlaşdırılır.
"Bütün bunlar Azərbaycana gələn turistlər və ölkənin turizmdən əldə etdiyi gəlirlər barədə dəqiq məlumatlar əldə etməyə xidmət edəcək", - deyə K.Quluzadə bildirib. -71D-
-
- Çətin sual
- 12 Sentyabr 2018 14:10
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 14:25
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Şahdəniz qaz-kondensat yatağının 2-ci mərhələsinin və Cənub Qaz Dəhlizi (CQD) layihələrinin idarə olunması ilə bağlı 2014-cü il tarixli prezident sərəncamını dəyişdirən yeni bir sərəncam imzalayıb. Bu dəyişiklik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) maliyyə konsolidasiyasını təmin etmək üçün geniş səlahiyyətlər verir.
-
2024-cü ilin yanvar-noyabr dövründə Azərbaycanın neft və qazla əlaqəli olmayan ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları dəyərində olub. Bu artım İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən dərc edilmiş son "İxrac İcmalı"nda qeyd olunub və ölkənin müxtəlifləşən və genişlənən ixrac portfelini əks etdirir.
-
Nağdsız ödənişlərin təşviqinə doğru əhəmiyyətli bir addım ataraq, Azərbaycan “ƏDV Geri Al” adlı innovativ proqramını əmlak alqı-satqısını da əhatə edəcək şəkildə genişləndirib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində vətəndaşlar bu proqram çərçivəsində 160,3 milyon manat məbləğində vəsaiti geri alıblar ki, bu da hökumətin rəqəmsal ödənişləri inkişaf etdirmək və istehlakçı üstünlüklərini artırmaq səylərinin əhəmiyyətli bir göstəricisidir.
-
Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, Milli Məclisin müzakirəsinə çıxarılacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Azərbaycanda İnsan Haqlarının gününə baxış – Səməd Rəhimli ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Böyük Şərq,
- 21:45
- 78
-
- Cəmiyyət,
- 15:54
- 302
Rəy yaz