Dövlət ASC-si minimal mənfəət əldə edib
“Aqrolizinq” ASC 2005-ci ildən bu yana ilk dəfə az da olsa (829,5 min manat) xalis mənfəət əldə edib.
Şirkət dövlət maliyyələşməsi əsasında kənd təsərrüfatı texnikası, avadanlıq, mineral gübrələr, ev heyvanlarını lizinqə verir, fermerlərin əkin və məhsul yığımı sifarişlərini yerinə yetirir.
Şirkət korporativ saytında (http://agrolizing.gov.az/hesabat/h2014.pdf) auditor rəyi ilə maliyyə hesabatını açıqlayıb.
2014-cü ildə “Aqrolizinq” ASC-nin əməliyyat mədaxili ötən illə müqayisədə 48,5% artaraq 129,3 mln manat olub. Görülən işlərin maya dəyəri 122 mln manat təşkil edib. Beləliklə, 7 mln 266,8 min manat mənfəət əldə edilib. Bu, 2013-cü ildəkindən 1,7 mln manat çoxdur. İnzibati xərclər və aktivlərin köhnəlməsi ilə bağlı xərclərdən sonra xalis mənfəət 829,5 min manat olub. 2013-cü ildə şirkət 2 mln 144,5 min manat ziyanla işləmişdi.
1 yanvar 2015-ci il üçün “Aqrolizinq” ASC-nin ümumi ziyanı 10,5 mln manat olub.
Bu ilin əvvəlində “Aqrolizinq” ASC-nin aktivləri 21,6% artaraq 526,4 mln manat olub. Bunun 336 mln manatı kənd təsərrüfatı texnikası, avadanlıq, mineral gübrələr və slizinq satışı üzrə uzunmüddətli borclardır.
Ötən il “Aqrolizinq” ASC-nin nizamnamə kapitalı 159,5 mln-dan 194,5 mln manata artıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz