Elektron imza daha əlçatan olacaq
Elektron imza üçün yeni tariflər açıqlanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin portalının məlumatına görə, elektron imzanın qiyməti əhali üçün 18 manat , sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib. Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir.
İmzalar 3 il müddətində etibarlıdır.
Bu il aprelin 1-i üçün Azərbaycanda 18 min. 452 elektron imza verilib. Bunun 5 min 22-i əhaliyə və fərdi sahibkarlara, 755-i hüquqi şəxslərə, 12 min 675-i dövlət strukturu əməkdaşlarına verilib.
Mobil elektron imza üçün autentifikasiyanın təqdimatı 24 yanvar 2013-cü ildə olub. Sistem "Elektron hökumət" portalına çıxış zamanı e-imzanın tanınmasını təmin edir. Xidmət kompüterlərlə yanaşı, mobil qurğularda, o cümlədən smartfon və planşetlərdə də əlçatandır. --17D—
-
- İqtisadiyyat
- 1 May 2014 20:25
-
- Cəmiyyət
- 2 May 2014 11:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz