- İqtisadiyyat
- 1 May 2014, 20:25
- 146
Konyak istehsalının 8,5 dəfə artması çoxdur, yoxsa az?
I rübdə Azərbaycanda 646,3 mln manatlıq ərzaq, içki və tütün istehsal edilib. Daha çox brendi istehsalı artıb – 8, 5 dəfə. Bu isə 78,9 min dekalitr (1 mln 278 min butulka) edir.
«Bu, bir sıra amillərlə, daha çox konyakın 3 və daha çox il saxlanması ilə bağlıdır», - deyə İqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisi Vahid Məhərrəmov düşünür. Onun sözlərinə görə, 2009-10-cu illərdə bir sıra rayonlarda profil müəssisələri yenidən qurulub və istismara verilib. Ölkədə məhsul almaq problemi də var. Şərab zavodları və plantasiyaların çoxu oliqarxlara məxsusdur. Gilan Holding-in tərkibində «Qəbələ şərab», «Aqroazərinvest» və «AlKo» MMC var, Onlar Qəbələ, Yevlax, Xanlar, Samux, Tovuz və Lənkəranda 1 min ha-dan çox üzüm sahələrinə malikdir.
Ekspert Dövlətstatkomun rəqəmlərinə də şübhə ilə yanaşır – hesaba alınmayan məhsul da daxil rəqəmlər daha yüksək olmalıdır. RF və Azərbaycan gömrüyünün rəqəmlərindəki fərq də bunu göstərir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Rusiya istehsalçılarının icarəyə götürdüyü bir neçə zavod var. Onlarda 60-85 ildir «Şirvan», «Russkiy millenium» (15 illik), «Moskva» (10 il), «Bakı», «Göygöl» və «Gəncə» (8-10 il) istehsal edilir. «Üç ulduz» və «Beş ulduz» kimi konyaklar da var. 2013-cü ildə Azərbaycan Rusiyaya $1,077 mlrd (ixracın 4,5%-i) məbləğində mal tədarük edib. Burda şərab sonuncu yerdə deyil.
“Şərabçılıq haqqında” qanunun 13-cü maddəsinə əsasən, 5 ildən çox saxlanan konyakların istehsalı zamanı onlara kükürd antihidriti qarışdırmaq olmaz. Amma buna heç də hər zaman əməl edilmir. 20-ci maddə məhsul ixracına qadağanı qəbul etmir. Amma Kənd Təsərrüfatı Nazirliyinin «maneə» təlimatları bu sənədə ziddir.
2012-ci ildə ölkədə 1774 emal müəssisəsi 1,65 mln ha kənd təsərrüfatı sahəsi olub. Üzümlüklər 16 min 327 ha, məhsuldarlıq hektardan 88,6 sentnerdir.
Ekspertin sözlərinə görə, 1986-cı ilə qədər üzümçülüklə 7,5 mln əhalidən 2 mln məşğul olurdu. Büdcənin 40% -i bu sahədən formalaşırdı. 274 min ha üzüm sahələri vardı, 2 mln 136 min ton üzüm istehsal olunurdu. SSRİ-də istehsal edilən konyakın beşdə biri Azərbaycanın payına düşürdü.
2012-ci ildə dövlət başçısı 2012-20-ci illərdə üzümçülüyün inkişafı barədə fərman imzalayıb. Azərbaycan Beynəlxalq Şərabçılıq Təşkilatının 45-ci üzvü olub. İTM-in monitorinqinə əsasən, hazırda MDB-də, Polşa və Baltikyanı ölkələrdə Azərbaycan şərabı və konyakına ehtiyac var. Bəzən yerli şərab Fransa, İspaniya, Türkiyə və Çinə də ixrac edilir. Hələlik konyak ixracından danışmaq tezdir.
Konyak istehsalının və satışının geri qalmasına səbəb kimi Məhərrəmov xammalın azlığı və pis keyfiyyətini göstərir. Rentabellilik 10%-ə çatmır, 2011-ci ildə 3,8% olub. Kreditlərin bahalığı da öz rolunu oynayır (25-30%)
Ekspertin fikrincə, əkin sahələri, mineral gübrə, kimyəvi preparatlar da çatışmır. Əsas problem elmi yanaşma və kadr potensialının olmamasıdır – bir çox zavodlarda yüksək texnologiyalı avadanlıqlarla köhnə qayda ilə işləyirlər. --17D—
-
- Cəmiyyət
- 1 May 2014 20:22
-
- İqtisadiyyat
- 1 May 2014 20:31
İqtisadiyyat
-
Türkiyənin Aksa Doğalgaz şirkəti, Kazancı Holdinqin bir hissəsi olaraq, Bursagaz və Kayserigaz qazpaylayıcı şirkətlərini almaq üzrə müqavilə prosesinin tamamlandığını elan edib. Bu şirkətlər 2019-cu ildən etibarən SOCAR Türkiye Energy AS-in (STEAS) tərkibində fəaliyyət göstərirdi, deyə Aksa Doğalgaz məlumat verib.
-
Nazirlər Kabineti, ölkənin milli kimliyini və mədəni dəyərlərini əks etdirən yaradıcı əsərləri təşviq etmək məqsədilə dövlət sifarişi ilə istehsal edilən filmlərin müəllifləri üçün minimum qonorar məbləğlərini müəyyən edən yeni qaydalar qəbul edib.
-
Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.
-
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (NSTC) vasitəsilə tranzit yüklərin həcmini ötən ilə nisbətən 28% artıraraq 814 min tona çatdırdığını bildirdi. Bu artım, Şimali Avropa və Rusiyanı Hind okeanı ilə birləşdirən dəhlizin strateji potensialını üzə çıxarmaq istiqamətində Azərbaycanın göstərdiyi səyləri vurğulayır.
Rəy yaz