Kreditlər bank sisteminin aktivlərinin üçdə ikisini təşkil edib
1 aprel 2014-cü il üçün Azərbaycan banklarının məcmu aktivləri 21 mlrd 418,6 mln manat (1 yanvarla müqayisədə +5,1%) təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, aktivlərin strukturunda daha çox xüsusi çəki (69%) kreditlərə məxsusdur –14 mlrd 573,8 mln manat. Müxbir hesablardakı vəsait 1 mlrd 215,3 mln manat (5,7%), nağd vəsait 1 mlrd 2,1 mln manat, investisiyalar 1 mlrd 859 mln manatdır.
Maliyyə sektoruna verilən kredit və depozitlər 1 mlrd 108 mln manat(+22,5%), başqa aktivlər 1 mlrd 660,4 mln manatdır - 0,9% azalma müşahidə edilir. Passivlərin əsas hissəsi (84,04%) öhdəliklərdir - 18 mlrd 500 min manat. Qalan passivlər (15,96%) 3 mlrd 418,1 mln manat (+0,9%) həcmində bank kapitalıdır. --17D—
-
- Cəmiyyət
- 6 May 2014 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz