«Azərbaycan Sənaye Bankı» ASC-nin aktivləri 400 mln manata yaxınlaşıb
«Azərbaycan Sənaye Bankı» ASC-nin aktivləri I rübdə 13,1% artaraq 1 aprel üçün 383 mln 534,43 min manata çatıb.
Bankın məlumatında deyilir ki, kredit portfeli 126 mln 44,84 min manat (+3,7%), depozit portfeli 280 mln 708,42 min manat (+18,3%) təşkil edib.
I rübün sonu üçün bankın xüsusi kapitalı 63 mln 159,12 min manat (+2,9%) olub. Bu, AMB-nin tələbinə uyğundur. ASB-nin xalis mənfəəti 3 ayda 402,55 min manat təşkil edib.
«Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə yaradılıb.
Səhm nəzarət paketi “Anadolu İnvestment Kompani” MMC-yə məxsusdur - 94,2517 %. Digər səhmdarlar bunlardır: “Azərbaycan Sənaye Sığorta” - 5,1735 % və “Azərbaycan Sənaye Lizinq” – 0,5748 %.
Müşahidə Şurasının sədri Zeynəb Konyar, İdarə Heyətinin sədri Hüseyn Özmendir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz