![Mart ayinda İMB-da qiymətlər 2,5 % artib](https://turan.az/resized/750/500/resize/media/2013/main/041100034259.jpg)
Mart ayinda İMB-da qiymətlər 2,5 % artib
Mart ayında İlkin Mənzil Bazarında qiymətlər orta hesabla 2,5% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün 850 manatdan daha yuxarıdır. Qeyd etmək lazımdır ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 28,5% təşkil edib. Həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub. Mart ayında qiymətlərlə yanaşı, aktivlik əmsalında və bağlanan əqdlərin dinamikasında da yüksələn tendensiya müşahidə edilmişdir. Ay ərzində ən cəlb edici rayonlar Yasamal, Xəyai və Nəsimi rayonları оlmuşdur. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin araşdırmalarına əsasən Bakı şəhəri üzrə ilkin mənzil bazarında araşdırmaya məruz qalan çoxmənzilli binaların sayında azalma baş verib. Satışdan çıxan binaların sayı ötən aydakı 406 ədədə qarşı 402 olub. Satışdan çıxan binalar əsasən Nərimanov, Yasamal və Xətai rayonlarının payına düşüb. Paytaxt üzrə bünövrəsi qoyulan binalar olsa da, satışa çıxarılmadığından siyahıya daxil edilməyib. Tikinti şirkətlərin sayı ötən aydakı 139 ədədə qarşı 135 -ə düşüb. Araşdırmalar zamanı məlum olub ki, alıcı aktivliyinin əsas hissəsi bağlanmış müqavilələr üzrə əsasən 3 otaqlı mənzillərdə qeydə alınıb. Beləliklə, yanvar ayında satılan yeni mənzillərin təxminən 39,2%-i 3 otaqlıların, 30,2%-i 2 otaqlıların, yerdə qalan 30,6 %-i isə digər 1, 4 və 5 otaqlıların payına düşüb.
Ekspertlər son aylarda Təkrar Mənzil Bazarında müşahidə edilən qiymət artımının İlkin Mənzil Bazarına da təsirsiz ötüşmədiyini vurğulayırlar. Lakin buna baxmayaraq İMB-da baş verən qiymət artımını süni qiymət artımı kimi qiymətləndirilir. İMB-da çalışan mütəxəssislərdən biri vəziyyəti belə şərh eydi:“ Təkrar Mənzil Bazarında sahibkarlar öz maddi ehtiyaclarını ödəmək üçün onun ekspozisiya müddətini özləri müəyyənləşdirirlər. İMB-na təsir göstərən seqmentlər az olduğu üçün burada qiymətləri süni saxlamaq və onların artıb azalmasına təsir etmək daha asandır. Hal-hazırda İMB-da satışa çıxarılan mənzillər real qiymətləndirməni əks etdirmir”. İMB-da sənədləşmə, kommunal xidmətlərin qənaətbaxş olmaması, ipoteka şərtlərinin əlverişli olmaması, süni qiymətləndirmə, inhisarçılıq və digər problemlərin də mövcudluğu bazardakı aktivləşməyə mənfi təsir göstərən əsas səbəblər kimi qeyd olunur.
Yaxın günlərdə İMB-da sabitliyin davam edəcəyi, qiymətlərdə isə ciddi dəyişikliyin müşahidə edilməyəcəyi proqnozlaşdırılır.
-
- Siyasət
- 11 Aprel 2013 12:22
-
- Bazarların icmalı
- 11 Aprel 2013 12:39
İqtisadiyyat
-
Avropada təbii qazın qiymətləri cümə günü 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə yüksələrək, bölgədə gözlənilən soyuq hava dalğası fonunda artan tələbat gözləntilərini əks etdirib.
-
ABŞ-ın prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, əgər fundamental struktur islahatları həyata keçirilməzsə, iqtisadçı Qubad İbadoğlu son analizində xəbərdarlıq edib.
-
Azərbaycan kənd təsərrüfatı sektorunu şaxələndirmək istiqamətində addım ataraq ölkənin ilk kommersiya məqsədli banan istehsalına start verib. Yerli istehsalçı Fruitland tropik meyvələri daxili bazara təqdim edir.
-
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerjinin ötürülməsi sahəsində qarşılıqlı anlaşma memorandumu layihəsinin mətnini razılaşdırıblar. Bu, regionda dayanıqlı enerji əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında enerji mübadiləsini genişləndirmək və Yaşıl Enerji Dəhlizi layihəsi üçün hüquqi baza yaratmaq məqsədini daşıyır.
Rəy yaz