Pambıq əkini sahələri minimuma enib
İyunun 1-i üçün Azərbaycanda pambıq əkini sahələri 18,3 min ha olub. Bu, 2014-cü ildəkindən 21,1% azdır. Rəqabət olmadığı üçün fermerlər məhsulu ucuz satmalı olur. Nəticədə bir çoxları növbəti ildə pambıq əkmir.
2011-ci ildən ölkədə pambıq əkini sahələri azalır. 2011-ci ildə 42,8 min ha sahədən pambıq yığılıb. 2013-cü ildə fermerlər 23,4 min ha pambıq əkiblər.
2014-cü ildə Azərbaycanda 41 min ton pambıq yığılıb. Bu, 2013-cü ildəkindən 5,2 min ton (9,3%) azdır. Məhsuldarlıq 1 ha-dan 17,9 sentner olub. Bu, 2013-cü ildəkindən 1,4 s azdır.
On il əvvəl Azərbaycanda 112,4 min ha sahədən 196,6 min ton məhsul yığılıb.
Pambığın tonu 410-420 manata alınır. Xərclər nəzərə alınanda rentabellilik 10-15% təşkil edir, deyə fermerlər bildirir. “MKT İstehsalat Kommersiya” şirkəti ölkədəki 25 pambıqtəmizləmə zavodundan 17-ə nəzarət edir. 08B
-
- Cəmiyyət
- 16 İyun 2015 16:21
-
- İqtisadiyyat
- 16 İyun 2015 17:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz