Фото из открытых источников
Qubad İbadoğlu: �Dövlət büdcəsinin qaranlıq xərcləri�
Bakı/17.03.18/Turan: İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində "Dövlət büdcəsinin qaranlıq xərcləri"adlı məqalə dərc edib. Məqalədə deyilir: "2018-ci ilin dövlət büdcəsinin qaranlıq xərc maddələrindən biri də əsas bölməyə aid edilməyən xidmətlərdir. Bu il üçün bu xərc bölməsinin məbləği 1,5 milyard manata qədər təsdiq olunub. Görünən odur ki, onun 333 milyon manatı "Avtomobil yolları" məqsədli büdcə fonduna, 300 milyon manatı isə ehtiyat fondlarına yönəldiləcək Ehtiyat fondunun 200 milyon manatı prezidentin, 100 milyon manatı da büdcənin payına düşür.
Yerdə qalan 862,2 milyon manat vəsait isə əsas bölməyə aid edilməyən sair xərclər adı ilə rəsmiləşdirilib. Bu xərc köməkçi bölməsinin açılışından bəlli olur ki, həmin vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, bir o qədəri də fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək. Belə tədbirə dəvət olunan və yüksək səviyyəli qonaq kimi təqdim olunanların çoxu təmsil etdikləri ölkələrində nüfuzunu itirən köhnə siyasətçilərdir.
Burada diqqətinizi iki məqama yönəltmək istərdim. Birincisi, digər xidmətlər üzrə xərclər adı ilə kodlaşdırılan 822,2 milyon manatın heç bir (nə iqtisadi, nə funksional və nə də inzibati) təsnifatı verilməyib, yəni bilinmir ki, bu qədər vəsait hara, necə və kim tərəfindən xərclənəcək. Dövlət büdcəsinin 4 faizinə çatan bu vəsaitin açılışının olmaması potensial olaraq korrupsiyaya yol açır. Müqayisə üçün qeyd edim ki, dövlət büdcəsi şəffaf olan ölkələrdə sair xərclərin cəmi xərclərdə payı 1 faizdən aşağı olur. İkincisi, ən azı 20 milyon manat mənasız tədbirlərə xərclənəcək. Belə tədbirə dəvət olunan və yüksək səviyyəli qonaq kimi təqdim olunanların çoxu təmsil etdikləri ölkələrində nüfuzunu itirən köhnə siyasətçilərdir.
Hesab edirəm ki, Azərbaycanın bu kimi tədbirlərə ev sahiblik etməsi büdcə vəsaitlərindən səmərəsiz istifadəyə yol açır. Adətən belə tədbirlər dövlət vəsaitləri hesabına deyil, donorların və beynəlxalq qeyri-hökumət təşkilatların dəstəyi ilə keçirilir. Odur ki, bu praktikaya son qoyulmalı vergi ödəyicilərinin vəsaitləri və ya neft pulları bu adla havaya sovrulmalı deyil".06B-
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 214
Rəy yaz