2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu gücü 2 min ton olan uşaq yeməyi istehsal edən müəssisənin yaradılması üçün 3 mln manat güzəştli kredit verdiyini bildirib. Altı il keçsə də, zavodun işləyib-işləmədiyi məlum deyil.
Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri $22 mln olub.
Qeyd edək ki, ixracatçı ölkələr (Niderland, Avstriya, Polşa, RF, Almaniya, Türkiyə, Gürcüstan) Azərbaycana 2014-cü ildə $21,8 mln məbləğində uşaq qidası ixrac etdiyini bildirir. Bu, Azərbaycan gömrüyündə bəyan eidləndən $8,3 mln çoxdur.
2011-2015-ci illərdə idxalçıların uşaq qidası alınmasına rəsmi xərcləri $93,7 mln təşkil edib.
Uşaq qidası Azərbaycanda icbari sertifikatlaşdırılmalıdır. Hazırda “Kasp-VC”, “Humana Azerbaycan” və “Dincer and Carcioglu” şirkətlərinin sertifikatı var, deyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir.
Xatırladaq ki, SKMF (http://anfes.gov.az/files/Hes_2010.pdf) 2 fevral 2010-cu ildə uşaq yeməyi istehsal edən müəssisənin yaradılması layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edib. Ümumi qiyməti 13 mln manat olan layihənin investorları «Azərbaycan İnvestisiya Şirkəti», “Diplomat-1” MMC və “HİPP” şirkətidir.
Hazırda “HİPP”in Gürcüstanda uşaq yeməyi istehsal edən müəssisəsi var.
Aşağıda 2011-2015-ci illərdə uşaq qidası idxalı həcmi barədə məlumat verilir (Azərbaycan DGK-nın məlumatları əsasında):
|
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2015 |
ton |
2858,57 |
22009,55 |
|
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2014 |
ton |
2713,4 |
13489,9 |
|
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2013 |
ton |
2870,2 |
21595,8 |
|
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2012 |
ton |
2351,1 |
18947,5 |
|
Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2011 |
ton |
2199,1 |
17675,2 |
08D
Rəy yaz