- İqtisadiyyat
- 8 May 2014, 16:09
- 165
Uzunoba su anbarında yenidənqurma işləri
naxçıvanın Uzunoba su anbarında yenidənqurma işləri aparılacaq.
Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsinin məlumatına görə, obyekt 43 il əvvəl istismara verilib və əsslı təmirə ehtiyacı var. İşlər ötən ilin oktyabrında başlayıb. Su anbarının bəndinin uzunluğu 1868 metr, hündürlüyü isə 17,7 metrdir. Bu günə qədər 12 min kvadratmetr sahədə betonlama işləri aparılıb. Ümumi tutumu 8 milyon kubmetr olacaq su anbarında suburaxıcı qapılar da yenidən qurulacaq, drenaj sularını yığmaq üçün 1530 metr uzunluğunda qapalı xətt çəkiləcək, bəndin üzərində işıqlandırma sistemləri quraşdırılacaq. Artıq beton işləri başa çatıb. Hündürlyü 1 m olan mühafizə divarı çəkilib.
Görülən işlər nəticəsində 5 min ha sahədə əkin işləri aparmaq mümkün olacaq.
Su anbarında çimərli zolağı da yaradılır. Burda 240 yerlik restoran, 3 kafe, su əyləncəsi meydançaları yaradılır. --17D—
-
- İqtisadiyyat
- 8 May 2014 16:06
-
- İqtisadiyyat
- 8 May 2014 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz