Vergilər Nazirliyinin ştat sayı 200 nəfər artırılıb
Nazirlər Kabineti fevralın 4-də “Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə” ştat sayının artırılması barədə qərar qəbul edib.
Qərara əsasən, nazirliyin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2319 vahid, o cümlədən aparatının ştat sayı 72 vahid artırılaraq 334 vahid müəyyən edilib.
Vergilər Nazirliyinin analitik şöbəsində Turan-a deyiblər ki, ştat artımı əsasən vergi xidməti sektoru ilə bağlıdır. Son illər vergi ödəyicilərinin sayı 500 mini keçib. Onlara xidmət çətinləşir, həmçinin nazirlik regionlarda vergi ödəyicilərinə xidmət üçün terminallar yaradır.
Vergilər Nazirliyi vergi ödəyiciləri üçün aktiv şəkildə elektron xidmətlər tətbiq edən aparıcı dövlət strukturudur. Vergi bəyannamələrinin 90%-i elektron formada qəbul edilir. Hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı da qismən elekton rejimdə həyata keçirilir.
«Yasovul» hüquq şirkətinin direktoru, Vergilər Nazirliyinin sabiq əməkdaşı Əlabbas Rüstəmov Turan-a deyib ki, sıraların genişləndirilməsi Vergilər Nazirliyinə sahibkarlara nəzarəti sərtləşdirmək üçün lazımdır. «Ticarət və başqa biznes növləri üzərində hərtərəfli nəzarət üçün insan resursları lazımdır. İnzibati resurslar əmək müqaviləsinin bağlanması və icarə müqavilələrinin bazar qiymətinə uyğunluğuna nəzarət üçün lazmdır », deyə o qeyd edib.
-
- Söz istəyirəm
- 11 Fevral 2014 16:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz