ВТС Со. 10 mln ton tranzit nefti nəql edərək əlavə $350 mln qazanıb
Bakı-Tbilisi-Ceyhan (ВТС) kəməri ilə türkmən neftinin nəqli ВТС Со şirkətinin səhmdarlarına əlavə qazanc gətirib. Bu barədə SOCAR Trading-in fəaliyyətini qiymətləndirən Wood Mackenzie beynəlxalq konsaltinq şirkəti məlumat verir.
Wood Mackenzie-in hesablamasına görə, ВТС Со-nun türkmən neftinin tranzitindən gəlirləri 2010-cu ilin iyulundan 2013-cü ilin sonuna kimi 350mln dollar olub.
SOCAR Trading Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə türkmən neftini Bakıya daşıyır, sonra ВТС kəməri ilə nəql edir. 1 yanvar 2014-cü il üçün ВТС ilə 9,77 mln ton türkmən nefti nəql edilib.
ВТС ilə türkmən neftinin nəqli:
illər | mln ton |
2010 | 1,27 |
2011 | 2,1 |
2012 | 3,1 |
2013 | 3,3 |
BTC-nin səhmdarları bunlardır: BP (30.1%); ARDNŞ (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və Amerada Hess (2.36%). –12B--
-
- Siyasət
- 7 May 2014 12:58
-
- İqtisadiyyat
- 7 May 2014 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz