Yerli otel biznesi üçün beynəlxalq kapital
18-19 sentyabrda Bakıda I Beynəlxalq Otel Biznesi konfransı keçiriləcək. Anonsa görə, tədbir MDB ölkələri və Gürcüstanın spesifik layihələrinə investisiyalar üçün keçirilir.
HVS Beynəlxalq Otel Konsaltinq şirkətinin saytı (http://www.hvs.com/Events və http://www.iconhvs.com) məlumat verir ki, Azərbaycanı tədbirdə Randolf Dekker («Pasha Group»un baş meneceri) və Frank Bauer («Çıraq plaza» oteli və biznes mərkəzinin baş direktoru) təmsil edəcək.
Bundan başqa, tədbirdə «Azimut» otellər qrupunun investisiya və inkişaf departamentinin direktoru Aleks Slesar, "CEO Kempinski Hotels & Resorts" prezidentinin müşaviri Canni van Daalen, "Cushman & Wakefield"in şöbə müdiri Devid Cenkins iştirak edəcək. Vacib məruzəçilər sırasında "HVS Global Hospitality Services Moscow"dan Tatyana Veller, Qazaxıstandan Rəşidə Şaykenova da var. Konfransın əsas məqsədi MDB ölkələri və Azərbaycanda investisiya mühitinin inkişafıdır.
HVS otel sənayesi, restoranlar, taymşer, kazino və əyləncələr üzrə ən yaxşı konsaltinq şirkətidir. Təşkilat 1980-ci ildə yaradılıb. Hər il 2 minə yaxın layihəsi olur.
Şirkətin 30 ofisdən ibarət beynəlxalq şəbəkəsində 400 ixtisaslı peşəkar çalışır. Azərbaycanda otel biznesi təşəkkül dövrünü yaşayır. Ölkədə 34 min mehmanxana yeri var. Onların çoxu Bakıdadır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz