Açiq mənbələrdən foto.
ABŞ Azərbaycan-Ermənistan Xarici İşlər Nazirləri görüşündə "proqressi" alqışlayıb
Vaşinqton/04.05.23/Turan: Çərşənbə günü Ağ Ev Ermənistan və Azərbaycanın bu ölkələrin xarici işlər nazirləri arasında sülh danışıqlarında əldə etdiyi “irəliləyişi” alqışlayıb və dialoqun davam etdirilməsinə çağırıb.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Salivan Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrıca görüş keçirib. Ağ Evdə nazirləri qəbul etdiyini Tvitter hesabında yazıb.
“Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacaq", - Salivan qeyd edib.
Bu gün Bayramovla Mirzoyan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatır. Turan-ın daha əvvəl xəbər verdiyi kimi, dövlət katibi Entoni Blinken bu gün Bakı vaxtı ilə axşam saatlarında iki nazir arasında sülh danışıqlarının yekun görüşündə iştirak edəcək.
Bu arada Dövlət Departamentinin sözçüsü Vedant Patel çərşənbə günü Bayramov-Mirzoyan dialoqunu qiymətləndirməkdən çəkinib. O, brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib:
“Gəlin hadisələrı qabağlamayaq. Dövlət katibi bu işlə dərindən məşquldur, biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq”, - deyə o bildirib.
“Biz hesab edirik ki, bu problemin hərbi həlli yoxdur, irəliyə yol - birbaşa dialoqdur. Biz iki xarici işlər nazirini qəbul etməkdən və bu mühüm müzakirələrdə iştirak etməkdən çox məmnunuq”, - deyə o, yekunlaşdırıb. -25B-
-
- Söz istəyirəm
- 4 May 2023 00:03
-
- Maliyyə
- 4 May 2023 11:05
Siyasət
-
Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.
-
"Abzas Media"nın həbsdə olan jurnalistlərin təzyiqə məruz qaldıqları bildirilir. Jurnalistlərin yaxınlarının məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də nəzarətçi tərəfindən təhqirə məruz qalıb.
-
Noyabrın 15-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə mahiyyəti üzrə baxıb.
-
ABŞ uzun müddətdir ki, Azərbaycanla energetika və fosil yanacaq tullantıları üzrə əməkdaşlıq edir. Əsasən, söhbət CO2 karbon dioksid tullantılarını azaldan və təmiz enerjiyə keçidə kömək edən texnologiyalardan gedir. Bu barədə noyabrın 15-də Bakıda COP29 zamanı mətbuat konfransında ABŞ-ın energetika naziri Cennifer M.Qranholm Turan-ın “Bərpa olunan və yaşıl enerjiyə keçiddə ABŞ Azərbaycana necə kömək edə bilər? sualının cavabında deyib
Rəy yaz