AHR-in qucuları/The founders of the APR/Основатели АНР: Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev
Azərbaycan AXC-nin 104 illiyini qeyd edir
Bakı/28.05.22/Turan: Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir. 104 il əvvəl - 1918-ci ilin bu günündə müsəlman dünyasında ilk respublika -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.
Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya Müharibəsi başa çatdıqdan və Rusiya imperiyası dağıldıqdan sonra mümkün olub. Amma Zaqafqaziyada imperiya irsi region xalqları arasında ciddi ziddiyyətlər yaradıb və onların elan etdikləri Zaqafqaziya Respublikası çərçivəsində birləşməsinə imkan verməyib.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymində (parlamentində) gürcü və erməni fraksiyaları arasında fikir ayrılıqları nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR) dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan edib.
Mayın 26-da gürcülər Federasiyadan çıxıb Gürcüstanın müstəqilliyini elan etdikdən sonra mayın 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyaları Azərbaycanın müstəqilliyini elan ediblər. Elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçilib.
1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edilib, sənəddə Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilib. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan xalqları suveren hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan olunur.
Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı başda Stepan Şaumyan olmaqla, Bakı kommunasının nəzarəti altında idi. AXC hökuməti yalnız 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam Ordusunun paytaxtı Bakı komissarlarını əvəz edən eser-menşevik "Mərkəzi Kaspi Diktaturası" hökumətindən azad etməsindən sonra Bakıya köçüb.
AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.
AXC Versal Sülh Konfransında tanınıb. Mövcud olduğu 23 ay ərzində AXC-də bir sıra qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirilib, Azərbaycanda ilk universitet yaradılıb.
İlk Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də Qırmızı Ordunun işğalı nəticəsində dağılıb. Azərbaycan ittifaq dövləti kimi SSRİ-nin tərkibinə daxil olub.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik əldə edib və özünü AXC-nin varisi elan edib.--06В--
Siyasət
-
Çərşənbə günü dövlət başçısı İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
-
Oktyabrın 9-da dövlət başçısı İlham Əliyev BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib və onunla COP29-a hazırlıq məsələlərini müzakirə edib.
-
Gürcüstanda həbsdə olan Azel TV saytının rəhbəri Əfqan Sadıqov vəziyyətinin ağır olmasına baxmayaraq, penitensiar müəssisənin xəstəxanasında aclığı davam etdirir və tibbi yardımdan imtina edir, bu barədə Turan-a onun həyat yoldaşı bildirib.
-
Oktyabrın 9-da dövlət başçısı İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib. Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib və Azərbaycan prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.
Rəy yaz