İlham Əliyev ATƏT MQ-nin həmsədrlərini qəbul edib
Bakı/17.10.19/Turan: Oktyabrın 17-də dövlət başçısı İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Endryu Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprişiki qəbul edib.
Görüşdə Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub. Danışıqların təfsilatı açıqlanmır.
Xatırladaq ki, həmsədrlər Ermənistana və Qarabağa səfər etdikdən sonra Bakıya gəliblər. Ermənistan KİV-lərinin məlumatına görə, orada onlar Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşü ehtimalını, habelə saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı humanitar addımların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. -02D-
-
- İqtisadiyyat
- 17 Oktyabr 2019 13:12
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz