İlham Əliyevi tənqid altına qoyan kimdir?

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai İstintaqı İdarəsi avqustun 7-də Turan İnformasiya Agentliyinə qarşı cinayət işi qaldırıb və ilkin araşdırmaya başlayıb.

Söhbət 2014-cü ildən bu yana olan dövr üçün 37 min manatdan çox (22,000 ABŞ dolları) əlavə dəyər vergisinin və müddəti keçmiş ödəmələrə görə penyanın hesablanmasından gedir.

Avqustun 16-da günorta Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai İstintaqı İdarəsi agentliyin ofisində axtarışı başa çatdırıblar. Turan agentliyinin məlumatına görə, vergi nümayəndələri 2014-cü ildən bu yana olan dövr üçün maliyyə sənədlərinin surətlərini, bəzi dəftərxana sənədlərini, onlarda maraq doğuran bəzi şəxsi əşyaları götürüblər.

Agentliyin direktoru Mehman Əliyev "Azad Avropa radiosu"na ("Azadlıq" radiosu) bildirib ki, ona təqdim edilən məhkəmə qərarı ofisdə axtarış aparılmasına səlahiyyət verməyib, buna baxmayaraq, axtarış aparıblar.

M.Əliyevin sözlərinə görə, əməkdaşların şəxsi kompüterləri diqqətlə yoxlanılıb, masaların üzərindəki bütün kağızlara baxılıb.

Agentliyin direktoru bildirir ki, Turan heç bir vergi pozuntusuna yol verməyib.

"Bizi vergidən yayınmada günahlandırırlar. Avtomatik yoxlama başlayıb. Hamımız bilirik ki, Azərbaycanda bu proses necə aparılır. Nəticələri təxmin eləmək də çətin deyil. Turan-ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər", - "Yeni Müsavat" qəzeti Mehman Əliyevdən sitat gətirir.

Agentliyin rəhbəri təzyiqlərinTuran-da və ya onun rəhbərlik etdiyi rusdilli contact.az saytında dərc edilən hansısa məqalə və ya informasiya səbəbindən başlanması ehtimallarını inkar edib. O qeyd edib ki, ölkədə azad mətbuat anlayışı qalmayıb.

"Hamını və hər şeyi nəzarətə götürürlər. İndi onlar tam nəzarət yaratmaq istəyirlər. Öncə sənədləri götürürlər, sonra.. Davamı klassik olacaq. Azərbaycanda hər zaman belədir. Öncə cinayət işi açılır, sonra yoxlama aparılır, sənədlər təftiş edilir", -M.Əliyev istisna etməyib.

Xatırladaq ki, Turan SSRİ məkanında ilk müstəqil informasiya agentliklərindən biridir ki, Azərbaycanın müxalifət mediası arasında geniş xarici kommunikasiya kanallarına malikdir.

Digər tərəfdən, bu agentlik yalnız abunədən vəsait qazanan son müstəqil media qurumudur. Çünki Azrbaycanda heç kim müstəqil nəşrə reklam vermir, belə ki, reklam bazar siyasiləşdirilib.

Məhz bu agentlik Avropa və ABŞ-da Azərbaycan haqqında yeganə səhih və obyektiv informasiya mənbəyi kimi tanınıb.

Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesinin mühüm mərhələsində, həmçinin Obamadan sonrakı ABŞ ilə münasibətlərin istiləşməsi fonunda bu addım Qərbin tənqid və təzyiqlərinə səbəb olacaq.

Çox güman ki, Azərbaycanda hansısa maraqlı qüvvələr Bakı və Brüssel arasında danışıqlar prosesini sabotaj edir. Bir sıra açıq suallar yaranır ki, buna görə məsul şəxslər açıqlama verməlidirlər.

Məgər nəzarət olunmayan bir sayta görə Avropa İttifaqı ilə münasibətləri korlamağa dəyərmi? Azərbaycanın Qərbin kreditlərinə və maliyyəsinə çox ehtiyacının olduğu bir vaxtda onunla münasibətləri pozmağa dəyərmi? Bu, bizim milli maraqlara uyğundurmu? Və bir sayt hakim partiya üçün nə qədər təhlükəli ola bilər?

Bütün nüfuzlu beynəlxalq ictimai təşkilatlar agentliyə qarşı "uydirma iş"ə görə Azərbaycanı tənqid etməyə başlayıblar. Avropa İttifaqının strukturlarından, ABŞ Dövlət Departamenti tərəfindən bəyanatların artması ilə tərəflər arasında münasibətlər azalacaq.

Bu gün mətbuat azadlığı səviyyəsinə görə, Azərbaycan dünya reytinqlərində hətta Şimali Koreyanın tərəfdaşlarının tanıdığı avtoritar rejimdən uzaq deyil - 180 yer arasında 162-ci.

Belə nəticəyə gəlinir ki, İlham Əliyevin ətrafından kimsə şefi "sərt tənqid altına qoymaq" qərarına gəlib, onu dünya birliyinə "Qafqazın son diktatoru" rolunda təqdim etmək istəyir və yaxşılıqdan uzaq olan nəticələrlə üz-üzə qoymağa çalışır. -0-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti