İsrailin müdafiə naziri Azərbaycan FHN və Sərhəd Xidməti ilə görüşlər keçirib
Bakı/14.09.18/Turan: Cümə axşamı Bakıda rəsmi səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Liberman Azərbaycan FHN və Sərhəd Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.
Bu idarələrin məlumatlarında deyilir ki, danışıqlar zamanı fövqəladə halların nəticələrinin aradan qaldırılması və iki ölkənin idarələri arasında bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik, Qarabağ münaqişəsi zonasında vəziyyət, sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və bu sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. -02D-
-
- Maliyyə
- 14 Sentyabr 2018 14:26
Siyasət
-
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırmalı olduğu barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
Rəy yaz