Məhkəm Rüfət Səfərov barədə dörd ay həbs qətimkan tədbiri seçib
Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Vəkil Elçin Sadıqov bildirib ki, işə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb. “Rüfət Səfərovun cinayət törətməsi ilıə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədi. Yalnız həbs qəti imkan tədbiri barədə təqdimar verildi. Biz ev dustaqlığı ilə bağlı vəsatət verdik. Məhkəmə vəsatəti təmin etmədi”, - deyə vəkil bildirib.
Rüqfət Səfərov məhkəmədə bildirdi ki, həbsi hüquq müdafiəçisi fəaliyyətinə görə ondan qisas almaq məqsədi daşıyır. Eyni zamanda həbsi onun ABŞ-da mükafat almasının qarşısını lamaq üçün həyata keçirilib. O qeyd etdi, “Elmar Hüseynov kimi nəticə gözləyirdi, həbs edilməsi daha “yüngül cəza” oldu”. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Rəy yaz
Siyasət
-
Dekabrın 4-də Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin səfirlikləri Azərbaycanın hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil ediblər.
-
Abzas Media-nın işi üzrə həbs edilmiş araşdırmaçı jurnalist Hafiz Babalı bir müddət əvvəl damarların varikoz genişlənməsi ilə bağlı tibbi yardım göstərilməməsindən ombudsman aparatına şikayət vermişdi. Onun aldığı cavabda deyilir ki, Ədliyyə Nazirliyinin Tibb İdarəsi ombudsmanın bununla bağlı sualına cavab verib.
-
Narkotik haqqında iş üzrə üç il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.
-
Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina ilə bağlı müdafiə tərəfin verdiyi apellyasiya şikayətini təmin etməyib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
1 rəy
Ruslan
2024-12-04
Базар в стране бардак власть что хочет то и делает ну если в стране не работает законы конституция так и будет...Иншаллах увидемься в верховном суде не всегда будет светить солнце и крутиться зелмя...