глава МИД РФ Сергей Лавров
Moskvadan Paşinyana ilk siqnal
Moskva/01.08.18/Turan: Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməməsi barədə bəyanatları ilə ziddir. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib, RİA-Novosti məlumat yayıb.
"Yerevanın müttəfiqi olan Rusiya hər zaman erməni dövlətinin sabitliyində maraqlı olub, odur ki, baş verənlər bizi narahat etməyə bilməz. Bu, həm də MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal işinin təminatı baxımından da vacibdir", - o bildirib.
"Son günlər bir neçə dəfə öz narahatlığımızı Ermənistan rəhbərliyinin diqqətinə çatdırmışıq. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik", - S.Lavrov vurğulayıb.
Onun sözlərinə görə, bu ilin mayında Ermənistanda siyasi böhranın baş verdiyi dönəmdə Moskvada "böyük razılıqla qeyd edirdilər ki, sonda bütün aparıcı partiyaların iştiakı ilə kompromis əsasında böhranın həlli yolu tapıldı". "Biz ümid edirdik ki, belə nəticəyə əsaslanaraq bütün siyasi qüvvələr, ilk növbədə Ermənistanın yeni rəhbərliyi, yeni hakimiyyət bundan sonra da birləşdirici yanaşmalar irəli sürəcək, milli barışı möhkəmləndirəcəklər", - S.Lavrov bildirib.
"Ancaq son günlərin hadisələri belə müsbət ovqatı pozur, öz sələflərini siyasi motivlərlə təqib etmək niyyətində olmaması ilə bağlı Ermənistanın yeni rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir", - S.Lavrov vurğulayıb.
RF XİN rəhbərinin narazılığını bu cür açıq formada ifadə etməsi Ermənistan hakimiyyəti üçün ciddi siqnaldır. Bundan sonra Paşinyan hökuməti deyə bilməz ki, Moskva ilə münasibətlərində heç bir problem yoxdur.
S.Lavrovun bəyanatı ondan xəbər verir ki, Moskva Ermənistandakı adamlarını asanlıqla təslim etməyəcək.
Xəbər verildiyi kimi, Ermmənisanın keçmiş prezidenti Robert Köçəryan 1-2 mart 2008-ci il hadisələri üzrə iş çərçivəsində hakimiyyətin ələ
keçirilməsi və dövlət quruluşunun dəyişdirilməsi ittihamı ilə həbs edilib.
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan və KTMT baş katibi Yuri Xaçaturova qarşı Ermənistan CM-in 300.1-ci maddəsinin 1-ci bəndi (konstitusiya quruluşunu devirmək məqsəlilə bir qrup şəxslə qabaqcadan əlbir olmaq) ilə ittiham irəli sürülüb.
M. Arutyunyanın barəsində axtarış elan edilib.
Y. Xaçaturov 5 mln. dramın müqabilində zaminə buraxılıb.-02D-
-
- Cəmiyyət
- 1 Avqust 2018 10:43
-
- Bazarların icmalı
- 1 Avqust 2018 11:58
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz