Müdafiə naziri: Ermənistanın qeyri-konstruktiv mövqeyi nizamlanmaya maneədir
Bakı/30.07.18/Turan: "Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir". Azərbaycanın müafiə naziri Zakir Həsənov bunu iyulun 30-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Bu barədə Müdafiə Nazirliyinin iyulun 30-da yaydığı məlumatda deyilir.
Məlumata görə, T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib: "Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar am", deyə T. Klaar bildirib.
Diplomat həmçinin bildirib ki, Aİ bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Müdafiə naziri Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışlarını, baş nazir və müdafiə nazirinin öz övladlarını Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələrini münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasının sübutu kimi dəyərləndirib.
Müdafiə naziri münaqişənin tezliklə həllini Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək, ordu bölmələrini Azrbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarmasında gördüyünü bildirib. -05D-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz